Maraq dünyası
Adil şaurmadan hazırlanmış "kostyum"u 20 min manata aldı - FOTO
Şaurma kostyumu hərracda 9,343 funt-sterlinqə satılıb.
Publika.az xəbər verir ki, Kanadanın Alberta əyalətində dizaynerlər tərəfindən hazırlanmış "Şaurma" kostyumu hərracda 9,343 funt-sterlinqə (təxminən 20 min manat) satılıb. Kostyumun süni pide çörəyi, incə dilimlənmiş mal əti, pomidor, soğan və kahıdan ibarət olduğu qeyd edilir. Bu barədə "The Guardian" məlumat yayıb.
Məlumata görə, əvvəlcə paltardan yol təhlükəsizliyi üçün reklam kimi istifadə edilib.
Hərracda qalib gələn şəxsin “PrimeTime Donair and Poutine” restoranının sahibi Adil Asim olduğu bildirilir. O, bu kostyumu içində kahı yarpaqları olduğuna görə aldığını diqqətə çatdırıb.
İş adamı etiraf edib ki, o, uzun illərdir sevdiyi işlə məşğuldur və onun üçün şaurmanı simvolizə edən paltar almaq vacib idi. “Mən Albertada doğulub böyümüşəm. 40 ildir ki, burada şaurma yeyirəm və son 18 ildə isə onun satışı ilə məşğulam. Buna görə də dəqiq bilirəm ki, təklif etdiyimiz şaurmaların təqribən 90 faizində kahı var”, - Adil izah edib.
Mehti Kamiloğlu
-
Rəsmi xronika17:29İlham Əliyev dövlət qulluqçularını təltif etdi - SİYAHI
-
Sosial17:10Məktəb direktoruna kabinetində xəsarət yetirdi - Bu cəza verildi
-
Avropa16:27Kəşfiyyatdan sensasion iddia: Rusiya bu ölkələrdə təxribat hazırlayır
-
Rəsmi xronika15:17Prezidentlər Şuşada birgə nahar etdi
-
Rəsmi xronika14:57İlham Əliyev və Berdiməhəmmədov Bülbülün ev-muzeyində olublar - FOTO
-
İdman14:34“Qarabağ”ın potensial rəqibi məşhur futbolçunu alır
-
Rəsmi xronika13:32Prezidentlər Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış oldu
-
MDB12:50Neft anbarı, elektrik stansiyası, liman... - Ukrayna dronları hər yeri vurur






































