Maraq dünyası
Getsələr, hər şey bitər - Onları qoruyun
Temperaturun qəfil yüksəlməsi arılara da təsir edir. Bal istehsalında önə çıxan 21 vilayətdə 525 müəssisəni əhatə edən böyük bir araşdırmada iqlim dəyişikliyinin mümkün zərərləri və alınacaq tədbirlər müzakirə ediləcək. İstehsalçılar tədqiqatdan ümidlidirlər.
Publika.az xəbər verir ki, bu il məhsuldarlıq keçən ilə nisbətən daha aşağıdır. 50 faizdən çox azalma var. Bunun səbəblərindən biri iqlimin dəyişməsidir. Məsələn, bu il arıçılıq sahəsi üçün mövsüm bir ay gec gəlib. Arıçılar nektarla qarşılaşa bilmək üçün arı populyasiyaları hazırlayıblar. Ancaq ümid etdikləri tarixdə təbiət yenicə isinməyə başlayıb. Bal dövründə arılar nektar hazırlamaq üçün çiçək tapa bilmədiyi üçün istehsal az olub.

Bal arılarının kənd təsərrüfatı istehsalının davamlılığı və insan sağlamlığı baxımından əhəmiyyəti bir çox araşdırmalarda ortaya qoyulub. Arıçılıqda balın keyfiyyətinə və məhsuldarlığına təsir edən ekoloji amillər sırasında iqlim şəraiti də var. İqlim dəyişikliyi bəzi bitki və çiçəklərin itməsinə, tozcuq və nektara çata bilməyən bal arılarının məhsuldarlığının və bal keyfiyyətinin azalmasına, bal arılarının aclıq səbəbindən itkisinə səbəb ola bilər. İqlim dəyişikliyinin bitki müxtəlifliyinə səbəb olması, dolayısı ilə arılara da mənfi təsir göstərir.

Bu vəziyyət təkcə bal istehsalına deyil, arıların sonrakı həyatına da təsir edir. Arılar qidalandırıcı maddələrlə qidalanmasa, bal istehsalı daha da aşağı düşəcək. Arıların həyatı çox vacibdir. Davamlı həyat üçün arılar olmalıdır. Arı olmasa, tozlanma, tozlanma olmasa meyvə-tərəvəz olmaz. Bunun üçün bizə arı həyatı lazımdır.
Aysel Şahmar
-
Rəsmi xronika15:17Prezidentlər Şuşada birgə nahar etdi
-
Rəsmi xronika14:57İlham Əliyev və Berdiməhəmmədov Bülbülün ev-muzeyində olublar - FOTO
-
İdman14:34“Qarabağ”ın potensial rəqibi məşhur futbolçunu alır
-
Rəsmi xronika13:32Prezidentlər Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış oldu
-
MDB12:50Neft anbarı, elektrik stansiyası, liman... - Ukrayna dronları hər yeri vurur
-
Rəsmi xronika12:42Prezident ona yüksək vəzifə verdi - FOTO
-
Rəsmi xronika11:44Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxıblar
-
İdman11:00Bir qadın və 47 kişi: Kurasao millisindəki bu gözəl kimdir? - FOTOLAR














.jpg)
























