Sosial
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır
Bakcell qlobal MMA təşkilatı UFC-nin Bakıda keçiriləcək turnirinin əsas tərəfdaşı qismində unudulmaz döyüş həyəcanını Azərbaycan azarkeşlərinə təqdim edəcək. Milli Gimnastika Arenasında baş tutacaq tədbirdə UFC-nin tanınmış döyüşçüləri, o cümlədən Azərbaycanı təmsil edən idmançılar oktaqona çıxacaqlar.
27 iyun tarixində Bakıda keçiriləcək UFC turnirinin maraqla gözlənilən qarşılaşmalarından birində Azərbaycanı təmsil edən Fərman Həsənov ABŞ təmsilçisi Erik Nolanla üz-üzə gələcək. Gecənin əsas döyüşündə Rafael Fiziyev yüngül çəkidə Manuel Torreslə qarşılaşacaq. Gecənin ikinci əsas döyüşündə isə “Shara Bullet” ləqəbli Şara Maqomedov Mişel Pereyra ilə döyüşəcək.
Bakcell-in dəstəyi ilə keçirilən tədbir yerli və xarici azarkeşlərə yüksəksəviyyəli idman həyəcanı yaşadacaq. “Bakcell səni qələbəyə çağırır” mesajını ön plana çıxaran şirkət bu tərəfdaşlıqla döyüş ruhunu, qətiyyəti və qalibiyyət əzmini təşviq edir.
Qeyd edək ki, Bakcell artıq ikinci ildir ki, qlobal MMA təşkilatı UFC-nin Azərbaycanda keçirilən turnirinə dəstək verir. Qlobal miqyasda milyonlarla azarkeşi bir araya gətirən UFC dünyanın ən populyar idman təşkilatlarından biri hesab olunur.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.
-
İdman15:32Bakıda leysan yağacaq, bölgələrdə dolu düşəcək - XƏBƏRDARLIQ
-
Sağlamlıq15:14Xərçəng hüceyrələrinə ciddi təsir edən bitki növü tapıldı
-
Magazin214:55Ağır xəstə olan Selin Dion iki ildən sonra pərəstişkarları ilə görüşdü - FOTOLAR
-
MDB13:57Yeni Buça dəhşəti - 27 ölü, 42 yaralı var
-
MDB13:20Putinin müşaviri: "Avropa qlobal periferiyaya çevriləcək!"
-
Ekologiya12:39Sabah bu ərazilərə yağış yağacaq - HAVA PROQNOZU
-
İdman10:22Günün oyunları - AFİŞA
-
Nida Xəbər 08:15Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı























.jpg)









.jpg)

.jpg)