Maraq dünyası
Stalinin keçmiş daçası bu qiymətə satılır
Stalinin satışa çıxarılan keçmiş daçasının başlanğıc qiyməti məlum olub.
Publika.az xəbər verir ki, rieltor, daşınmaz əmlak üzrə ekspert Natalya Pereskokova "Lenta.ru"-ya müsahibəsində Sovet lideri İosif Stalinin hərraca çıxarılan daçasının mümkün qiyməti barədə məlumat verib. O qeyd edib ki, hərracın bir milyard rublla başlaması ehtimalı var.
Mütəxəssis belə baha qiymətin obyektin mədəni-tarixi dəyəri ilə bağlı olduğunu bildirib və onun keçmişini xatırladıb.
“Bu obyektin niyə alındığını anlamaq vacibdir. Düşünürəm ki, binanın bərpaya ehtiyacı var. Bina çox zədələnib, ona görə də yenidən tikilməli olacaq. Belə obyektləri adətən iri sahibkarlar, iş adamları alır. Fərdi şəxslər adətən bu cür binaları almır.
Qeyd edək ki, ki, Moskva yaxınlığındakı Veşkidə, Mıtişi rayonunda İosif Stalinin 1930-cu illərin əvvəllərində yaşadığı Lipki malikanəsi satışa çıxarılıb. Bildirilir ki, mülkdəki binaların ümumi sahəsi təxminən dörd min kvadratmetrdir.
Əmlak 19-cu əsrdə tikilib və tacir Aleksandr Alekseyev orada məskunlaşıb. Daha sonra kompleks milliləşdirilərək internat məktəbinə verilib. Stalin 1932-ci ildə oraya köçüb. Bir müddət sonra mülk reabilitasiya mərkəzinin yerləşdirilməsi üçün istifadə edilib və sonra müəssisə yenidənqurma üçün bağlanıb.
Mehti Kamiloğlu
-
Rəsmi xronika15:17Prezidentlər Şuşada birgə nahar etdi
-
Rəsmi xronika14:57İlham Əliyev və Berdiməhəmmədov Bülbülün ev-muzeyində olublar - FOTO
-
İdman14:34“Qarabağ”ın potensial rəqibi məşhur futbolçunu alır
-
Rəsmi xronika13:32Prezidentlər Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış oldu
-
MDB12:50Neft anbarı, elektrik stansiyası, liman... - Ukrayna dronları hər yeri vurur
-
Rəsmi xronika12:42Prezident ona yüksək vəzifə verdi - FOTO
-
Rəsmi xronika11:44Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxıblar
-
İdman11:00Bir qadın və 47 kişi: Kurasao millisindəki bu gözəl kimdir? - FOTOLAR














.jpg)
























