Maraq dünyası
“Yadplanetli mumiya”lar varmı? - Bütün UNO faylları açıqlanacaq
Naməlum göy cisimləri həmişə insanların diqqət mərkəzində olub. “Yadplanetli mumiya” iddiası ilə bağlı məsələ yenidən gündəmdədir. Türkiyənin tanınmış astronomlarından biri olan Prof. Dr. Ethem Derman başda kainatdakı məsafələr olmaqla müxtəlif səbəblərdən bu iddiaların real olmadığını bildirib.
Publika.az xəbər verir ki, “Uçan Naməlum Obyekt (UNO)” kimi tanınan naməlum göy cisimləri qədim zamanlardan bəri bəşəriyyətin diqqətini çəkib. Kainatda başqa həyatın olub-olmaması sualına cavab axtaranlar üçün hər cür UNO iddiaları çox əhəmiyyətli olur.
Meksikada iddia edilən bəzi yadplanetli mumiyaların ictimaiyyətə açıqlanması ilə UNO və yadplanetlilərin gerçək olub-olmadığı məsələsi yenidən gündəmə gəlib. Türkiyənin aparıcı astronomlarından biri olan Prof. Dr. Ethem Derman əvvəllər ABŞ prezidentlik seçkilərinə qatılan Hillari Klintonun da “Mən seçilsəm, əyalətdəki bütün UNO fayllarını açıqlayacam...” deyə söz verdiyini xatırladıb:
“Bəzi ağıllı adamlar bu maraqdan öz mənfəətləri üçün istifadə edirlər. Bu, fırıldaqçıların pul qazanmaq üçün həmişə istifadə etdikləri üsul idi. İndi siyasətçilər də bundan istifadə etməyə başlayıblar. ABŞ Konqresində UNO dinləməsi keçirilib. Bir millət vəkili NASA-ya təzyiq edib, müxtəlif alimlərdən komissiya yaradılıb.
Komissiyanın gördüyü ilk iş “UNO” əvəzinə “Naməlum Anomaliya Fenomenləri – UAF” ifadəsini işlətmək oldu. UNO insanları çox qəzəbli idilər, çünki onlar "uçan boşqab" sözünü işlədirdilər. Nəhayət, 36 səhifəlik hesabat yazılıb. Və UAP-ların yadplanetlilərlə heç bir əlaqəsi olmadığına qərar verilib. Yenə ABŞ hökumətində çalışmış bir bürokrat media qarşısına çıxıb, jurnalistlərin suallarını cavablandırıb. O, ABŞ-ın yadplanetliləri gizlətdiyini iddia edib. Elm adamları buna güldülər, çünki yenə də heç bir sübut yox idi. Açığı, bu ifadələri yazan adamdan kitab çap etdirməsini gözləyirəm. Nəhayət, “yadplanetli mumiya” olduğu iddia edilən şeylər Meksikadakı siyasətçilər tərəfindən yenidən ortaya çıxdı. Aydın oldu ki, bu da doğru deyil. Onu tapan şəxs əvvəllər həmişə yadplanetli mumya tapmış biri idi”.
Ekzoplanetlərdə həyatın olub-olmadığı araşdırılır.
Hər kəsin bilinməyənə maraq göstərdiyini qeyd edən Derman mövzunun astronomiyanın əsas araşdırma sahəsi olduğuna diqqət çəkir. Günəş sistemində 8 planetin, Günəş sistemindən kənarda isə 6 min ekzoplanetin kəşf edildiyini vurğulayan Prof. Dr. Derman əlavə edib ki, son illərdə əsasən bu ekzoplanetlərdə həyatın olub-olmaması araşdırılıb:
“Ulduzlar çox uzaqdadır. Məsələn, Günəş bizdən 150 milyon km uzaqda olduğu halda, ona ən yaxın ulduz 40 trilyon km uzaqdadır. İki ulduz arasındakı məsafə çox böyükdür. Eynşteyn işıq sürətindən yüksək sürət olmadığını sübut etdi. O sürətə çatan kütlə enerjiyə çevrilir. İşıq sürəti ilə səyahət edən bir kosmik gəminiz olsa belə, Yerdən Günəşə 8 dəqiqəyə gedə bilərsiniz, ancaq ən yaxın ulduza 4 ilə gedə bilərsiniz. Hətta ibtidai sinif şagirdi belə hesablamaları edə bilər, lakin UNO alimləri bunu edə bilməz”.
Yadplanetlilər bizə gələ bilməz, biz onlara gedə bilmərik
Məlumdur ki, kainatda təxminən 2 trilyon qalaktika var. Onların hər birində orta hesabla 100 milyard ulduz olduğu təxmin edilir. Bu yüz milyardlarla ulduz və ekzoplanetlərdə həyatın olub-olmadığı isə hələ məlum deyil. Bunlarda həyat olma ehtimalı çox yüksəkdir. Hazırda elm dünyası “o həyatı necə tapırıq?” sualı ilə məşğuldur.
Aysel Şahmar
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO