Maraq dünyası
At da getdi, yəhər də, yüyən də... - Cavad baba 60 illik peşəsindən niyə əl çəkmir?
Ərzincanda yox olmaq ərəfəsində olan yəhərçilik peşəsinin yeganə nümayəndəsi Cavad Naldandır. O yarım əsrdən çox davam etdirdiyi baba peşəsindən əl çəkmir.
Publika.az xəbər verir ki, Ərzincanda atasının yanında şagird kimi işə başlayan 68 yaşlı Cavad Naldan 59 ildir ki, babasından miras qalan, unudulmuş yəhərçilik peşəsini davam etdirir.
İnkişaf edən texnologiya ilə sona çatan peşəsini 12 kvadratmetrlik emalatxanasında yaşatmağa çalışır. Xüsusilə atların gündəlik həyatda əhəmiyyətini itirdiyi üçün maraq gündən-günə azalır. Bu peşənin yeganə ustası olan Naldan ölkə daxilində nadir yəhərçilərdən biri kimi tanınır. Babası Dursun Naldandan, atası Cəlal Naldandan yadigar qalan yəhərçilik peşəsini öyrənən Cavad Naldan 3 övladını da bu peşəyə yönləndirib. Yəhərçi qoşqular, at bəzəkləri, it xaltası, kəmər və yəhər düzəldir.

Cavad Naldan tələbatın azaldığını diqqətə çatdırıb:
“50 ildən artıqdır ki, bu peşədəyəm. İbtidai sinifdə oxuyanda bu emalatxanada işləməyə başlamışam. 5-ci sinifdən sonra isə məktəbə getməmişəm. 1964-cü ildən bu işi davam etdirirəm. Atların istismarı zamanı lazım olan avadanlıqlar hazırlayırıq. Hazır materiallarımız da var. Ölkədə demək olar ki, yəhərçi qalmayıb. Bu işlə tək biz məşğul oluruq. Demək olar ki, hər bölgədə 1-2 yəhər düzəldən qalıb. O vaxtı Tokatda 60-70 yəhərçi vardı. Bu gün bir nəfər qalıb. Ərzurumda isə 2-3 yəhərçi qalıb. Orada da bu sahəni öyrənən yoxdur. Bu peşədə çörək pulu yoxdur. O vaxt çox həvəsli bir peşə idi. İşi alanda həvəslə gördük. Texnologiyaya tab gətirəcək gücümüz yoxdur. Kəndlilərim at arabasından əl çəkib, özlərinə başqa iş tapdılar. Ətrafdakı rayonlardan da bura gələn yoxdur".
Sənətkar sonda deyib ki, səhhətim imkan verdikcə və ölənə qədər bu işi davam etdirəcəm.

Aysel Şahmar
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi












.jpg)











.jpg)















