Maraq dünyası
Evlənmək istəyənlərin nəzərinə! - Bu bürclərdən ideal həyat yoldaşı olur
Astroloqlara görə, bürcünüz münasibətlərdə xarakterinizə və davranışınmıza təsir edir. Belə olan halda gələcək həyat yoldaşınızın bürcünün sizinki ilə uyğun olması faydalı olar. Bəzi bürclər münasibətlərinə və tərəfdaşlarına o qədər sadiqdirlər ki, bu, onları doğuşdan ideal həyat yoldaşı namizədi edir.
Publika.az mütəxəssis astroloqların araşdırmalarına istinadən ideal həyat yoldaşı namizədi olan bürcləri təqdim edir:
Xərçəng
Hər kəs Xərçəngin evinə və yaxınlarına nə qədər bağlı olduğunu bilir. Şərtsiz sevən Xərçəng, bütün varlığı ilə sevdiyinə aid olmaq istəyir. Evlilikdə ehtiyac duyduğunuz demək olar ki, hər şey Xərçəngdə tapılır. Qoruyucu, sadiq, mühakimə etməyən, dözümlüdür.
Balıqlar
Balıqlar emosionaldır və romantikanı sevir. O, həmişə həyat yoldaşına sadiqdir və onu məmnun etməyi sevir. Buna görə də ideal həyat yoldaşı namizədidir. O, münasibətlərində qarşı tərəfə güvən verir və kənara baxmır.
Buğa
Buğa bürcü insanları etibar və sədaqətdə son dərəcə güvənilirdir. Sevdiyi adamın qayğısına qalan Buğa, onu buraxmaqda çətinlik çəkir. Evliliyə gəlincə, evindən, ailəsindən asılı insanlar olurlar. Əgər nikahda güvən varsa, o evliliyin davam etməməsi üçün heç bir səbəb yoxdur.
Oğlaq
Məsuliyyətli, yerini və vətənini bilən, yetkin və ənənəvi xarakteri ilə yaxşı həyat yoldaşı namizədi olan Oğlaq, əlaqəni dərhal rəsmiləşdirmək istəyir. Oğlaqlar ciddi münasibət quran adamlar olur. Həyəcan axtarmır və vaxtını başqa insanlarla keçirmir. Buna görə də son dərəcə sadiqdir.(BAKU.WS)
-
ABŞ15:25Zelenski gələn həftə Trampla görüşəcək
-
Yaxın Şərq15:18İki həftəlik müharibə ABŞ ordusuna nə qədər ziyan vurdu? - İran 20 milyard deyir
-
Avropa13:16Xəbərdarlıq: Güclü leysan yağışları, ildırım, dolu və saatda 90 kilometrə çatan külək...
-
Magazin212:48Aktrisanın çimərlik görüntüləri müzakirələrə səbəb oldu - FOTO
-
Ekologiya12:36Sabah 40 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
İdman11:47Erməni güləşçilər Bakıya gəldilər
-
MDB11:09Xerson yenə vuruldu - Ölən və yaralananlar var
-
Ekologiya10:48Bakıda 39 dərəcə isti qeydə alındı - FAKTİKİ HAVA






































