Maraq dünyası
Ali Məhkəmə bu gün eynicinslilərin nikahını qanuniləşdirəcək - Hökumət etiraz edir
Hindistan Ali Məhkəməsi eynicinsli nikahların tanınması ilə bağlı hökm çıxaracaq.
Publika.az xəbər verir ki, Hindistanın ali məhkəməsi bu gün eynicinsli nikahların hüquqi tanınması barədə qərar çıxaracaq. Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Ali Məhkəmənin internet saytında bazar ertəsi axşam saatlarında yayılan bir mesajda hökmün çərşənbə axşamı günü veriləcəyi bildirilib.
Hindistan hökuməti eynicinsli nikahların tanınması çağırışlarına qarşı çıxıb, onları "şəhər elitasının baxışları" adlandırıb və parlamentin problemi müzakirə etmək üçün uyğun platforma olduğunu bildirib.
Hökumətin bəyanatında həmçinin deyilir ki, bu cür nikahlar “ər, arvad və uşaqlardan ibarət hind ailəsi anlayışı ilə uyğun gəlmir”.
Hindistanın lezbiyan, gey, biseksual, transseksual və queer (LGBTQ) icmasının üzvləri 2018-ci il məhkəmə qərarına baxmayaraq ayrı-seçkiliklə üzləşdiklərini və eynicinsli nikahlara hüquqi dəstəyin olmamasının onların konstitusiya hüquqlarını pozduğunu deyirlər.
Qeyd edək ki, Asiyada eynicinslilərin nikahına hazırda yalnız Tayvan və Nepalda icazə verilir.
Mehti Kamiloğlu
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi












.jpg)











.jpg)















