Maraq dünyası
2026-cı ildə bu şəhərdə uçan taksilər marşruta buraxılacaq
2026-cı ildə Əbu-Dabiyə uçan taksilər gələcək.
Publika.az xəbər verir ki, yeni nəqliyyat növü yaxın üç il ərzində Əbu-Dabi (Birləşmiş Ərəb Əmirlikləri) sakinləri və qonaqlarının istifadəsinə veriləcək. Bu barədə "Arabian Business" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Amerikanın “Archer Aviation” şirkəti Əbu-Dabi İnvestisiya Ofisi (ADIO) ilə 2026-cı ildə BƏƏ paytaxtında kommersiya hava taksilərinin istifadəyə verilməsi haqqında müqavilə imzalayıb. Hesablamalara görə, bu, adi avtomobillərlə 60-90 dəqiqəlik gedişləri havada 10-20 dəqiqəyə qədər azaldacaq.
Qeyd olunur ki, bir taksi eyni vaxtda dörd sərnişin və bir pilotu daşıya biləcək. Maşınların elektrik enerjisi ilə işləyəcəyi bildirilir.
Mehti Kamiloğlu
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi












.jpg)











.jpg)















