İnanc
Arnold Şvartseneggerdən həyatınızı dəyişəcək QİYMƏTLİ SÖZLƏR
“Məni necə istəyirsiniz çağıra bilərsiniz, amma mən özü-özünü yaradan insan deyiləm. Bu, böyük bir yalan olardı. Əvvəlcə valideynlər mənə sevgi verdi, müəllimlər dərs keçdi, sonra idman məşqçiləri və qidalanma mütəxəssisləri məsləhət verdilər. Film çəkilişlərində yüzlərlə insan köməyini məndən əsirgəmirdi. Və milyonlarla insan qubernator seçilmək üçün mənə səs verib. Mən necə deyə bilərəm ki, özüm-özümü yaratmışam?”
Publika.az xəbər verir ki, bu sözlərin müəllifi dünya şöhrətli aktyor, Kaliforniyanın keçmiş qubernatoru Şvartseneggerdir. Bu yazıda oxucuları məşhurun müsahibələrində dediyi hikmətli fikirləri ilə tanış edib.
"İrəliyə doğru hərəkət etmək üçün həmişə gücüm olub. Adi şeylər məni qane etmir. Öz uğurumu çox aydın görürdüm: hər gün 5 saat məşq + dərin inam yaxşı bodibilder olmaq üçün kifayət idi".
"Başqa hər şey idmanda əldə olunan nailiyyətlərimin prinsiplərinə əsaslanırdı. İlk növbədə kim olmaq və hara doğru getmək istədiyinizə qərar verin. İkincisi, "alınmaz" deyənləri dinləməyin. Üçüncüsü, sona qədər çalışın, çalışın və yenə də çalışın, qısa yollar yoxdur. 6 saat yatın. Azdırsa, gecələr tez yatın!"
"Hər gün məşq edirəm! Gün ərzində özünüzü inkişaf etdirmək üçün vaxt ayırın".
"Həyatda özümü heç vaxt kifayət qədər yaxşı hiss etməmişəm, bu amil məni həmişə irəliyə stimullaşdırıb. Həmişə məndən daha yaxşı olanlara baxıb həsəd aparırdım".
"Niyə çoxları tez təslim olur? İlham almaq çox vacibdir! Hamımızın dəstəyə ehtiyacı var!"
"Özü-özünü yaradan insan deyiləm. Çox adamdan dərs almışam, onlar mənə çox kömək edirdilər. Milyonlarla insan səs verib və mən onların sayəsində qubernatoru oldum".
"İdmanda cavab atəşini artıq ağrını hiss etməyə başlayanda vermək lazımdır, birinci saniyədən deyil".
"Eyni şeyi min dəfə təkrarlamalı, çox-çox çalışmalısınız ki, sonda mükəmməlliyə qovuşa biləsiniz".
"Məğlubiyyətlərim çoxdur. Uğur və uğursuzluq hamıda var. Məsələ ondadır ki, siz uğursuzluqla nə edirsiniz?! Siz onu tanımır və inkar edirsiniz, yoxsa ondan bir nəticə çıxarırsınız? Uğurlu insan öz məğlubiyyətindən sonra ayağa qalxa biləndir. Mən də öz uğursuzluqlarımdan çox dərs aldım. Uduzduğum zaman hakimin yanına getdim və mənə niyə az bal verdiyini soruşdum. Birinci yeri qazandıqda isə bu barədə heç kimə suala vermirik, amma nahaq".
"Atamın həyat dərsi əsas priniplərimə çevrildi: Faydalı ol, faydalı ol və yenə də insanlara yararlı ol!"
"Başqalarının uğur qazanmasına yardım etməyən insan özünü heç vaxt uğurlu saya bilməz".
"5 uşağım var və onların hər biri motivasiyaya ehtiyac duyur. Birinci ata nəsihəti o oldu ki, öz ehtirasını tapın və onunla məşğul olun! Uşaqlarım çox bacarıqlıdır, lakin bunun 80 faizi həyat yoldaşımın əziyyətinin nəticəsidir, onların təlim-tərbiyəsi ilə çox məşğul olmamışam".
"1984-cü ilə qayıda bilsəydim, yaşıl iqtisadiyyat texnologiyasına diqqət edərdim. Bu gün çirklənmə ildə 7 milyon insanı öldürür".
"İradə varsa, hər zaman bir yol tapılacaq!"
"Hadisələrə biz nəzarət edirik, onlar bizə yox. Lakin birləşməsək, gələcəkdə bu, dəyişə bilər".
"Hara getdiyimi - məqsədinin mənasını dəqiq bilməliyəm".
"İnanın ki, əsl nasistləri tanıyırdım. 1947-ci ildə, 2-ci Dünya Müharibəsindən az sonra Avstriyada doğulmuşam. Böyüdüyüm dövrdə mən ruhən sınmış insanların əhatəsində idim. Onlar müharibədən sonra evə güllə qəlpələri və günahlarla birgə qayıtmışdılar... Onlar səhv idiologiyaya inandırılmışdılar. Pərəstiş etdiyiniz o şəxslər həyatlarının yerdə qalan hissəsini xəcalət içində yaşadı".
"Tramp, gəl işlərimizi dəyişək: sən veriliş apar, belə şeyləri yaxşı bacarırsan. Mən də prezident olum, beləcə xalq da gecə rahat yatsın. Deyəsən, o, məni sevir".
Aytən Məftun
-
Sosial23:24
Sevgilisindən 836 min manat tələb edən tiktoker HƏBS OLUNDU
-
Region23:00
Türkiyədə bu bank kartlarından nağd pul çıxarmaq BLOKLANDI
-
Sosial22:20
Çingiz Şəfiyev vəfat etdi - FOTO
-
Magazin221:24
Türkiyənin ən varlı məşhurları onlar imiş... - ADLAR
-
İdman20:24
Arda Gülerin yeni klubu AÇIQLANDI
-
Sosial20:00
Pensiya alanların NƏZƏRİNƏ: ödəniş yekunlaşdı
-
Avropa19:48
Qızın adından görüşə dəvət edib başına elə oyun açdılar ki... - 7 nəfərdən DƏHŞƏTLİ ƏMƏL
-
Mistika19:24
Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: "Mənimlə evlənəcəksən"