İnanc
Duanın təsirləri ilə bağlı MARAQLI ARAŞDIRMA - Alimlər AÇIQLADI/VİDEO
Bütün dinlərdə dua əsas ayin hesab olunur. Elm Allaha dua edərək fiziki olaraq gücləndiyimizi sübut edir.
Publika.az xəbər verri ki, elm Allahın mövcudluğunu sübut edə bilməməsinə baxmayaraq, araşdırmalar göstərir ki, xəstəliklərin müalicəsində dualar güclü təsirə malikdir. Alimlər deyir ki, prosesin özü faydalı fizioloji təsirlərə malikdir.
Dua buddizmdə meditasiya və ya yoqada tənəffüs texnikalarına yaxındır. O, zehni açır, ağıl ilə bədən bir nöqtədə fokuslanır ki, bu da insana fiziki və mənəvi rahatlıq gətirir, eləcə də kortizol səviyyəsini aşağı salır və bir çox başqa psixoloji təsirlər göstərir.
Harvard Universitetinin fəlsəfə üzrə professoru Merilin Ştilç duanın faydasını inkar etmədiyini deyib:
“Mənə aydındır ki, dini və mənəvi təcrübə arasında müsbət əlaqə və müxtəlif parametrlərdə sağlamlıq təsirləri mövcuddur".
Miras Fondunun tədqiqatçıları dua haqqında bunları deyib:
"Dinin psixoloji vəziyyətə, davranışa və sağlamlığa təsir göstərə biləcəyinə dair bizim məntiqli bir səbəbimiz var".
Odur ki, duanın təsirinə şübhə etmək olmaz. Faktiki olaraq, 2019-cu ildə 101 tibbi məktəb öz tədris proqramlarına pasiyentlərin mənəvi inkişaf layihələrini daxil edir.
Tədqiqatçıların Allahın duaya cavab verdiyinə dair fikirləri mübahisəli olsa da, çoxları duanın insanların həyatına müsbət təsir edə biləcəyini inkar etmir. Əlbəttə ki, Allahın mövcudluğuna dair müzakirələr qeyri-müəyyən olaraq davam edəcək, amma duanın təsiri cəmiyyətimizdə həmişə alqışlanıb.
Yeri gəlmişkən, dua ilə müalicə olunmaq caizdir. Ancaq xəstəlik, sıxıntı və başqa səbəblərə görə Allahdan şəfa istəyib, dua etməklə sehr, cadu ayrı-ayrı şeylərdir. Bunları qarışdırmamalıyıq. Bu cür əməllər haramdır. Ən əsası da dərd və xəstəliklərin şəfa tapması üçün dua etmək həkimə getməyə mane deyil. İslam dini dua ilə yanaşı, müalicə olunmağı da əmr edir. Buna əsasən xəstəliyə düçar olan şəxs mütləq mütəxəssis həkimə müraciət etməlidir.
Aytən Məftun,
Səsləndirdi: Sevinc Xan Qızı,
Video: Pərviz Həşini
-
İdman19:00Uaytdan Usmanın Merabı döyməsinə reaksiya: "Ağılsızlıqdır"
-
Ekologiya18:36Bakıda və Abşeronda şimal-qərb küləyi gücləndi - Faktiki hava
-
Hadisə17:45Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi - FOTO
-
Səhiyyə17:10Daha bir həkim vəfat etdi - FOTO
-
Hadisə16:45Yataqxanada meyiti tapılan tələbə ilə bağlı ATU-dan açıqlama
-
Səhiyyə16:31Azərbaycanda gənc həkimin qəfl ölüm səbəbi bilindi - FOTO
-
Avropa15:54Rusiyanın "kölgə donanması"na qarşı əməliyyat: Gəmiyə desantla basqın edildi
-
ABŞ14:06The Wall Street Journal: "İranın 2500-ə qədər raketi var"


















.png)


















