İnanc
Dəfnə yarpağı pulu özünə çəkən ən güclü “Maqnitdir”
Dəfnə yarpağı yeməklərə dad verən bitkidir. Lakin çox adam bilmir ki, dəfnə yarpağı evə rifah və pul-bərəkət cəlb edir.
Publika.az xəbər verir ki, qədimdə dəfnə yarpaqları uzun müddət müxtəlif rituallarda istifadə edilən sehrli bir maddə sayılıb. Dəfnə yarpağı evə xoşbəxtlik və müvəffəqiyyət gətirir. Təsadüfi deyil ki, qədim zamanlarda qaliblər dəfnə çələngləri ilə taclandırılardı.
Dəfnə yarpaqları sərvət cəlb edilməsinə də kömək edir. Evə var-dövlət cəlb etmək üçün bir çox sadə və çox effektiv rituallar var. Məsələn, ezoteriklər hesab edir ki, pəncərənin yaxınlığında bir dəfnə ağacı qoymaq evə sərvət cəlb edir. Dəfnə ağacının təsirini artırmaq üçün yanına bir neçə zənginlik rəmzi sayılan əşyalar qoyun: zinət əşyası, cüzdan və s.
Yaxud da bir neçə dəfnə yarpağını pul kisəsinin ayrı bir cibində saxlayaraq pul cəlb edə bilərsiniz.
Axşam isə bir ədəd dəfnə yarpağını yandırıb tüstünün ətrafa yayılması lazımdır. Dəfnə yarpağını yandırdıqdan sonra sehrli sözləri təkrar etmək lazımdır:
“Ətrafımı dəfnə yarpağının ətri bürüyür və gündən-günə zəngin olacağam. Pul yaxında həyatıma daxil olacaq və mən sonsuzadək ehtiyacın nə olduğunu unudacağam”.
Yaxud da 3 dəfnə yarpağına portağal yağı əlavə edərək onun gücünü artırmaq olar. Portağal da qədimlərdə zənginlik simvolu sayılıb, odur ki, dəfnə yarpağı ilə güclü birləşməsi zənginliyi artırmağa kömək edəcək.
Dəfnə yarpağı ilə əmin-amanlığı necə cəlb etmək olar?
Evin çiçəklənməsi və müvəffəqiyyət cəlb etmək üçün xüsusi ayindən istifadə etmək olar. Onun üçün yeddi yarpaq dəfnə yarpağı və al-qırmızı sap lazım olacaq. Tam ay çıxanda, gün batdıqdan sonra yeddi dəfnə yarpağını al-qırmızı sapla bağlayın. Eyni sapla yarpaq dəstəsinə istənilən qəpik və ya sikkəni bağlayın. Beləliklə, hazırlanmış talismanı qapının üstündən asın. Bir ay sonra talismanı çıxarıb yarpaqları bütün otaqlarda pul saxlanılan yerlərə yerləşdirin. Dəfnə yarpaqlarından birini isə cüzdana qoyun.
-
Sosial09:27Romantikadan sonrakı reallıq: Əcnəbilərlə qurulan ailələr niyə dağılır?
-
ABŞ08:45Tramp: Mən səkkiz Nobel Sülh Mükafatı almalı idim
-
Avto07:35Çin maşını almaq istəyənlərə xəbərdarlıq - Yeni qaydalar Azərbaycana da təsir edəcək
-
Nida Xəbər 06:16Türkiyədən Azərbaycanla bağlı yayılan paylaşımlara sərt reaksiya
-
Region03:43İranda partlayış oldu, polis rəisinin müavini öldü
-
Qoroskop01:20Günün ulduz falı: Pul itkilərinin qarşısını almaq üçün tədbirlər görməlisiz
-
Kriminal9 Oktyabr 19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Dünya9 Oktyabr 19:30Türkiyəli iş adamının evinə silahlı basqın: 820 min dollarlıq sərvət oğurlandı









.jpg)





.jpg)
















.jpg)



