İnanc
Həyatda uğur qazanmağın YOLLARI - 12 SİRR
Özünə hörmət etməyi öyrəndiyiniz zaman həyatınız da dəyişməyə başlayır.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, psixoloqlar özünə hörmət edən insanların həyatda daha çox uğur qazandığını sübut edib. Bəs özünə hörmət hissinin yüksək olması insanın həyatında nələri dəyişir? Və ümumiyyətlə, özünə hörmət hissi nə deməkdir?
1. Hamı ilə münasibətləriniz yaxşılaşır
Özünüzə qayğı göstərməyə başladığınız andan etibarən fiziki, emosional, zehni baxımdan həyatınıza mənfi duyğu və hisslər göndərən insanlarla ünsiyyəti kəsirsiniz.
2. Özünüzü sevməyə başlayırsınız
Həyatınızdakı boşluğu doldurmaq üçün məhəbbət axtarışına çıxmağı dayandırır, bunun əvəzinə özünüzü sevməyi öyrənir və həyata minnətdar olursunuz.
3. “Toksin” insanlardan uzaq olursunuz
Təsadüfi asıllıq həyatınızı məhv edir. Sevdiyiniz və qayğı göstərdiyiniz şəxs sizi irəliyə doğru itələmir. Ona mümkün olan hər yardımı edirsiniz, ancaq o, sizə qarşılıq vermir. Belə münasibətlər emosional həqarətdir. Bəzən çox çətin olsa da, müəyyən insanları həyatınızdan çıxartmaq ən yaxşı qərardır.
4. Siz daha xoşbəxt olursunuz
Həyatınızda dramlar azalır, çünki xoşbəxtliyinizə mane olan mənfi vəziyyətlərdən uzaqlaşmağı seçirsiniz.
5. Münasibətləriniz yaxşılaşır
Sizinlə həmfikir insanlarla münasibət qurmaq rahatlıq gətirir, siz daha məqsədyönlü və daha iddialı olursunuz.
6. Ağıllı və işıqlı insanların diqqətini çəkirsiniz
Əvvəllər qayğınıza qalan hər kəsə diqqətli ola bilərsiniz, amma indi vaxtın dəyərini daha yaxşı anlayır və onu hər kəsə xərcləmək istəmirsiniz.
7. Hədəfləriniz uğrunda daha inamla mübarizə aparırsınız
Özünüzə inanmağa başlayanda, başqalarının şübhə və neqativləri sizi narahat etmir. Onlar mənfi və xoşagəlməyən sözlər deyə bilər, amma siz buna əhəmiyyət verməməyi öyrənir və imkan vermirsiniz ki, şəxsi mövqeyini sizə sırısınlar. Özünüzə güvənir və geriyə addım atmırsınız.
8. Daha inamlı olursunuz
Özünəgüvən həyatınızın hər nöqtəsinə yayılır. Güzgüdə özünüzə baxır və qüsurlarınızı görmürsünüz, əvəzində daxiliniz səsiniz sizə pıçıldayır ki, özünüzlə öyünmək lazımdır.
9. İzahat vermək ehtiyacı duymursunuz
Sizi xoşbəxt edən bir seçim etmisinizsə, bu barədə kiməsə izahat vermək məcburiyyətində deyilsiniz.
10. Yersiz yerə üzr istəmirsiniz
Etdiyiniz seçimdən və düşüncələrdən əminsinizsə, bunun üçün kimdənsə üzr istəməyə ehtiyac yoxdur. Əlbəttə ki, səhvləriniz üçün üzr istəmək lazımdır, lakin xırda məsələlərdən ötrü üzr istəməyə son verin.
11. Gözləmirsiniz
Daha yalan və bəhanələrə inanmırsınız. Sizə yalan danışan hər kəsi həyatınızdan kənarlaşdırırsınız.
12. Yersiz qısqanclıq nümayiş etdirmirsiniz
Ola bilsin ki, əvvəllər özünüzü başqaları ilə müqayisə etmisiniz. Lakin indi bilirsiniz ki, rəqabət aparmalı olduğunuz tək adam aynada sizə baxan insandır.
Aytən Məftun
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO