İnanc
Amerikalı neyrobioloqdan beyin sağlamlığı üçün 4 VACİB TÖVSİYƏ: Qucaqlayın, öpün və...
Olub ki, hər hansı qərarı verdikdən sonra özünüzdə yüngüllük hiss etmisiniz? Bu, təsadüf deyil. Neyrobioloqlar deyir ki, qərarların qəbulu narahatlıq və həyəcanı azaldır, həmçinin problemləri həll etməyə kömək edir. Qərarların qəbulunda biz öz niyyət və məqsədlərimizi yaradırıq. Bütün bunlar təşviş və həyəcanı azaldaraq prefrontal korteksə müsbət təsir göstərir.
Elmə inanın, münəccimlərə deyil. İnternetdə xoşbəxtliyə nail olmaq üçün bir çox məlumat var ki, onların çoxu cəfəngiyyatdır. Onlara inanmayın. Neyrobioloqların apardığı elmi tədqiatarların nəticələrinə etibar edin. Neyrobioloqlar günlərlə başınızdakı boz maddəni öyrənir və hamıdan yaxşı bilir ki, sizi nə xoşbəxt edə bilər.
Publika.az xarici mətbuata istinadən amerikalı neyrobioloq Aleks Korbun bu haqda mülahizələrini təqdim edir:
Neyrobioloq bütün ömrü boyu beyində baş verən prosesləri araşdırıb və xoşbəxtlik üçün cəmi 4 amil sadalayıb.
Əsas sual
Əgər depressiyadasınızsa, özünüzə bir mühüm sual verin: "Taleyimə nə üçün minnətdaram?" Bəli, deyəcəksiniz ki, bütün bunlar çox gözəldir, amma minnətdarlıq hissi beyinə necə bioloji təsir göstərir? Təsir edir. Antidepressantların necə işlədiyini bilirdiniz? Onlar neyromediator dofamin ifrazını stimullaşdırır, eynilə minnətdarlıq hissinin yaratdığı təsiri göstərir. Bəs fluoksetinin nə işə yardığını bilirsiniz? Bu dərmanın tərkibindəki serotonin neyromediatoru stimullaşdırır, eyni ilə minnətdarlıq hissinin beyində yaratdığı təsiri yaradır.
Bəli, minnətdarlıq hissinin əsas nəticələrdən biri serotonin səviyyəsinin yüksəldilməsidir. Minnətdarlıq hissi sizi həyatın müsbət tərəflərinə yönləndirir. Bu sadə hərəkət beyin qabığında serotonin ifrazını artırır.
Neqativ duyğuları sözlərə çevirin!
Sizə pisdir? Vəziyyətinizi ifadə edin. Bu, kədər, həyəcan, inciklik və s. ola bilər. Bu, özünü yaxşılaşdırmaq və ağrını yüngülləşdirmək üçün kifayətdir. Sayıqladığımı zənn edirsiniz? Halbuki, beyniniz başqa cür düşünür!
Bir araşdırmada iştirakçılara müxtəlif şəxslərin fotoları göstərilib və beynin buna reaksiyası ölçülüb. Gözlənildiyi kimi, göz bəbəkləri emosiyaların təsvirinə reaksiya verib. Amma iştirakçılardan bu emosiyaları göstərmək xahiş olunduğu zaman onlarda beyinin qabığı fəallaşmağa, göz bəbəyi isə kiçilməyə başladığı müşahidə edilib. Başqa sözlə, emosiyaların adlandırılması və ifadə olunması onların insana təsirini azaldıb.
Qərar qəbul edin
Olub ki, hər hansı qərarı verdikdən sonra özünüzdə yüngüllük hiss etmisiniz? Bu, təsadüf deyil. Neyrobioloqlar deyir ki, qərarların qəbulu narahatlıq və həyəcanı azaldır, həmçinin problemləri həll etməyə kömək edir. Qərarların qəbulunda biz niyyət və məqsədləri yaradırıq. Bütün bunlar təşviş və həyəcanı azaldaraq prefrontal korteksə müsbət təsir göstərir. Bundan başqa, qərarların qəbulu mənfi impulslara və hərəkətlərə meyilli olan striatumanın fəallığını azaltmağa kömək edir.
Nəhayət, qərarların qəbuledilməsi dünyaya münasibətimizi dəyişir ki, bu da problemin həllini tapmağa kömək edir və limbek sistemini sakitləşdirir.
Sığal
Bir tədqiqatda iştirakçılara kompüterdə top atma oyunu oynamaq tapşırılıb. Bir iştirakçı topu atıb, digəri onu geriyə qaytarıb. Əslində ekranın yalnız bir tərəfində insan dayanıb, topu geriyə oyun cihazı qaytarıb.
Amma iştirakçılara bildirilib ki, personajları ekranda canlı insanlar idarə edir. Bəs bu "digər insanlar" (oyun cihazı) topu qaytarmaq istəmədikdə nə baş verirdi? İştirakçılar elə təsirlənib ki, sanki bu, şiddətli və fiziki ağrıdır. Yəni rədd edilməyi beynimiz sınan ayaq ağrısı ilə eyni qəbul edir. İctimaiyyətdən tədric olunma və tənhalıq da beyində fiziki ağrı kimi qəbul edilir.
Sadə dillə desək, beyin üçün digər insanlarla ünsiyyət və sosiallaşmaq çox vacibdir. Bu münasibəti yüksək səviyyəyə qaldırmaq istəyirsiniz? O zaman əlbəttə ki, ancaq yaxın insanlarla fiziki təmas qurun, onları sığallayın, qucaqlayın və öpün.
Aytən Məftun
-
Region02:18Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
-
Qoroskop01:40Günün ulduz falı: Müdrik və təmkinli qərarlar uğur gətirəcək
-
Hadisə1 İyun 23:05Sumqayıtda yaşayış binasında yanğın
-
Hadisə1 İyun 21:51Qoşulub qaçan gənclərlə bağlı rəsmi açıqlama
-
Kriminal1 İyun 19:50Bakıda qayınata gəlinini öldürdü
-
Nəqliyyat1 İyun 19:20Bakıda taksi parkları satışa çıxarılır - Nə baş verir?
-
Ekologiya1 İyun 18:30Sabah elə bir külək əsəcək ki... - Bakıda və bu rayonlarda
-
Ekologiya1 İyun 18:20Bu həftə ehtiyatlı olun! - Xəbərdarlıq







.jpg)

.jpg)


.jpg)



.jpg)




















