İnanc
Ruhun ENERJİ GİGİYENASI haqqında maraqlı faktlar
Özünüinkişaf insandan şüurlu və mümkün qədər hazırlıqlı olmağı tələb edir. Bunun üçün enerji batareyanızın həmişə dolu olmasını təmin etmək lazımdır.
Publika.az bu yazıda oxuyucuları yüksək səviyyəli enerjinin bərpasına və qorunmasına yönələn bir neçə sadə təlimlərlə tanış edir.
Bu çox sadə hərəkətlər fiziki, efir, astral və mental bədənlə çalışmaq üçün hazırlıq mərhələləridir. Həmçinin özünü dərk etməyə, daha şüurlu olmağa və həyatı daha dərindən anlamağa kömək edəcək.
Səhər
Yuxudan durduqdan sonra bir az uzanıb yuxunu xatırlamağa dəyər. Əgər yuxu ağır olubsa, gözlərinizi yumub yadınıza salın. Bunu edin ki, yuxu sizin üçün konstruktiv şəkildə başa çatsın. Beyin vibrasiyalardan tam uzaqlaşmamış öz daxili reallığınızı yaradın ki, faydalı və lazımlı olanları əldə edə biləsiniz. Beləliklə, şüur genişlənəcək, həm təbəssüm, həm xoş ovqat, həm də qələbə hissi bütün gün ruhunuzu pozitiv enerji ilə dolduracaq.
Öz reallığını qur
Daxili "mən"ində gedən proseslər üzərində çalışmaq imkan verəcək ki, öz reallığınızın yaradıcısı olduğunu hiss edəsiniz. Ayağa qalxıb orqanizmin tonusunu tənzimləyin, 30 saniyə barmaqların ucunda dayanıb qan dövranını sürətləndirmək üçün bədəni silkəyin. Çiyinləri hərəkət etdirin, bütün bədənin titrədiyini, fəallaşdığını və canlandığını hiss edin.
Arzu edənlər 5 dəqiqə ərzində yerində özünə kiçik bir qaçış təşkil edə bilər. Yadda saxlayın ki, bütün bədən hərəkətdə olmalı və titrəməlidir.
Kontrast duş
Sərin duş yuxunu qovmağa və oyanmağa, isti duş daxili təbii enerjinin damarlardan keçib bədənin hüdudlarından 3-5 sm məsafədə uzaqlaşmasına kömək edəcək. Növbəti sərin duş isə enerjini bədən ətrafında sabitləşdirəcək. Kontrast duş bədəni canlandıran və aktivləşdirən çox faydalı prosedurdur. Suyu dua ilə proqramlaşdıra bilərsiniz. Məsələn, "Bütün ağırlığımı su yuyub aparsın və uğur gətirsin”.
Əhval-ruhiyyə və arzular əhəmiyyətlidir, eyni zamanda mental proqramlar üzərində çalışın.
Özünə gülümsə
Güzgü qarşısında 2-3 dəqiqə dayanıb gözlərinizlə özünüzə gülümsəyin. Gözlərdəki təbəssüm sizi rahatlaşdıracaq və dodaqlar qaçmağa başlayacaq. Gözlər gülərkən dodaqların və bütün cizgilərin sabit dayanması mümkünsüzdür, biri digərini hərəkətə gətirir. Belə bir təbəssüm bədənin üzərində bir dalğa kimi keçərək sizi istilik və işıqla əhatə edir.
Emosiyalar üzərində iş çox vacibdir, çünki sizi sevincli əhval-ruhiyyəyə kökləyir, nəticədə qarşıda sizi daha mükəmməl gün gözləyir. Odur ki, günə təbəssüm ilə başlayın, ətrafa gülüş saçın, o sizə 10 qat böyüklüyündə geri qayıdacaq.
İşə gedərkən
Yola sərf olunan vaxtı boşa itirməmək üçün efir bədən (çakralar) üçün yolda kiçik isinmə hərəkətləri edin. Hər bir 7 çakranın (muladhara və sahasra xaric) iki giriş-çıxışı (ön və arxa) olduğunu unutmayın.
Anaxata ürək çakrasında yığılan ağır enerjidən azad olmaq üçün 9 dəfə nəfəs alıb işığın və sevginin ilıq enerjisini ürəyinizlə udun.
Belə nəfəs texnikasının əlavə təsiri odur ki, şüurun quraşdırılma nöqtəsi parçalanaraq manipurlardan (ağıl) anaxataya (ürək çakrası) keçir.
Ürəyin qan dövranı bütün bədənin qoruyucusudur, 9 dəfə ürəkdən nəfəs almaq enerjini bədənə bərabər paylayır. Çakraları aktivləşdirmək və oyandırmaq üçün hər çakranı ayrıca yırğalamaq lazımdır.
İş
İşdə kənar müdaxilələrə necə reaksiya verdiyiniz önəmlidir. Hər şeyi dərs kimi qarşılamaq və qəbul etmək ən optimalıdır. Əsəbiləşməmək, sınmamaq, özündən çıxmamaq, bu və ya digər vəziyyətin necə verdiyi və dünyanın sizə nə öyrətmək istədiyi barədə düşünmək lazımdır. Dolayısı ilə hər vəziyyətin bir dərs olduğunu unutmaq olmaz.
Gözlərlə gülümsəmək barədə xatırlayın, təbəssünlə daxilən işıq saçmaq bizi aşağı tezlikli vibrasiyalardan qoruyur.
İşdən qayıtmaq
İşdən evə qayıdarkən iş vibrasiyalarından uzaq durun, yenidən ailə və ev mühitinə (gülüş, istilik, rahatlıq) köklənin.
Axşam
Biz hamımız hər gün könüllü və könülsüz müxtəlif insanlarla görüşürük, ictimai nəqliyyatdan istifadə edir və cəmiyyətlə əlaqə saxlayırıq. Evə gəlib başqalarının sizdə bütün gün boyu yığılan energetikasını yumaq üçün kontrast duş qəbul edin. Daha sonra isti duş qəbul edin ki, daxili enerji sizi və efir bədəni doldursun. Sərin su isə enerji qabığını sabitləyəcək. Bu prosesi bir neçə dəfə təkrar edin.
Yaxınları və doğmaları iş vibrasiyaları ilə yükləməyə dəyməz. Onlara sevincdən və gülüşünüzdə bir qədər pay verin. Bu, sizin də kefinizi açacaq. Siz azad və daha parlaq olacaqsınız, artıq ev işləri ilə məşğul olmaq olar.
Yatmazdan əvvəl
Əgər həyat yoldaşınızla aranızda hər hansı həll edilməmiş münaqişə varsa, səmimi şəkildə söhbət edin. İncik halda yatağa uzanmaq münasibətləri zədələyir. Bu, qarşı tərəf üçün xoş deyil. Narahat halda yatmağa getməməlisiniz.
Yatmazdan 10-15 dəqiqə əvvəl sakit oturun, baş verən hər şey haqqında düşünün. Sakit olun və gərginliyi özünüzdən qovun. Tamamilə fərqli yuxular görəcək və kifayət qədər yatıb daha yaxşı istirahət edəcəksiniz.
Belə sadə addımlar həyatınızı yüngülləşdirəcək və daha şüurlu şəkildə qəlbin qeydinə qalmağı öyrədəcək. Özünü və həyatınızı dəyişdirən şeyləri yaxından tanımağa kömək edəcək.
Aytən Məftun
-
Nida Xəbər 15:20
Qarayaxma kampaniyası aparanlara Prezidentdən CAVAB
-
MDB14:35
Rusiyadan “Taliban”la bağlı vacib QƏRAR
-
Magazin214:15
Üç ay öncə ana olan Heyli Biber formada olduğunu göstərdi - FOTO
-
Region13:30
İrəvanda polis rəisinin meyiti kabinetində tapıldı - Günlər öncə ölübmüş
-
İdman13:05
Lamin Yamalın yeni ilham pərisi - FOTOLAR
-
Dünya11:22
Nazirin avtomobil karvanında QƏZA: vəzifəli şəxs öldü, yaralılar var - FOTO
-
MDB10:36
Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
-
Magazin109:48
Azərbaycanlı aparıcı canlı yayımda TƏBAŞİR YEDİ - FOTO