İnanc
87 il birlikdə ömür sürən YƏHUDİ cütlüyün XOŞBƏXTLİK SİRRİ
Böyük Britaniyada iki uzunömürlü yəhudi evliliklərinin 83-cü ildönümünü qeyd edib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bununla onlar nikah müddəti üzrə ölkənin rekordçusu olub. 87 il əvvəl tanış olub 83 il birlikdə xoşbəxt ömür sürən 104 yaşlı Helen və 105 yaşlı Moris Kay öz yubileyini Bornmutda qeyd edib.
“Hər şey elə çox dəyişib ki... Amma biz əvvəlki kimi birlikdəyik, Allaha şükür. Evlilik il dönümümüz çox möhtəşəm keçdi, nəticələrimiz bizi əyləndirirdi. İndi mən növbəti ildönümünü gözləyirəm", - deyə Moris Kay qeyd edib.

Cütlüyün uşaqlarından ikisi sağ qalıb, yeddi nəvə və altı nəticəsi var. Onların qızı Lil deyib ki, valideynləri hər kəs üçün gözəl örnək və əsl ilham mənbəyidir. Daha sonra əlavə edib ki, onların xeyir-duası daim bizim üstümüzdədir. Lil anasını çox incə, dəbli və baxımlı qadın kimi təsvir edib. O deyib ki, anası həftədə iki dəfə gözəllik salonuna gedir, hər cümə manikür etdirir, atası isə çox gözəl yumor hissinə, ironiya və həyat eşqinə malikdir.

Cütlüyün sözlərinə görə, əgər Helen Kaye böyük bacısının evlənməsini gözləməyə məcbur olmasaydı, onlar toyun 87-ci ildönümünü bayram edə bilərdilər.
Moris Kay müsahibəsində etiraf edib ki, xoşbəxt ailə həyatının sirrini bilir. “Həmişə və hər şeydə arvadla razılaşmaq” , - deyə o, etiraf edib.
Aytən Məftun
-
Avto07:35Çindən avtomobil almaq istəyənlərə xəbərdarlıq - Yeni qaydalar Azərbaycana da təsir edəcək
-
Nida Xəbər 06:16Türkiyədən Azərbaycanla bağlı yayılan paylaşımlara sərt reaksiya
-
Region03:43İranda partlayış oldu, polis rəisinin müavini öldü
-
Qoroskop01:20Günün ulduz falı: Pul itkilərinin qarşısını almaq üçün tədbirlər görməlisiz
-
Kriminal9 Oktyabr 19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Dünya9 Oktyabr 19:30Türkiyəli iş adamının evinə silahlı basqın: 820 min dollarlıq sərvət oğurlandı
-
Elm və təhsil9 Oktyabr 18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi
-
Hadisə9 Oktyabr 18:20Ceyranbatanda çoxmərtəbəli yaşayış binasında yanğın - Foto/Video/Yeniləndi









.jpg)



.jpg)





.jpg)















.jpg)


