İnanc
Mənfi enerjidən təmizlənmə üsulları
Neqativ enerji və mənfi proqramlardan təmizlənmə təcrübəsini həyata keçirmək çox vacibdir. Ümumiyyətlə, psixoloji sağlamlıq üçün energetik özünümüalicə çox vacibdir.
Publika.az bu yazıda oxucuları mənfi enerjidən xilas olma yolları ilə tanış edib.
Bu yazının mövzusu tamamilə praktikdir, odur ki, psixoloji metodlardan başlamaq yerinə düşər. Birincisi, bütün mənfini özündə saxlamaq olmaz, digər tərəfdən isteriyalar və özündən çıxmaq arzuolunmazdır. Bu, neqativi müvəqqəti azad etsə də, ziyan gətirəcək. Bu baxımdan qızıl ortanı tapmaq əhəmiyyətlidir.
Birinci texnika - Yuyunma
Duşda yuyunarkən və ya əllərinizi yuyarkən elə təsəvvür edin ki, su bütün neqativi yuyub aparır. Neqativin təxəyyülünüzdə çox az səylə özünü göstərməsi arzu olunur. O, təxəyyülünüzdən yavaş-yavaş silinirsə və ya canlanmırsa, bu, təmiz olduğunuz deməkdir. Əgər işə yaramırsa, təxəyyülünüzə lazımlı məna qoyaraq onu vizuallaşdırın.
İkinci texnika - Torpağa göndərin
Torpaqda ayaqyalın dayanıb bütün neqativi sizdən sorub almasını xahiş edin. Daha sonra bu prosesin necə baş verdiyini, mənfi enerjinin sizi yavaş-yavaş tərk etdiyini canlandırın. Xəyalən onu yerə göndərin. Əgər yerə müsbət enerji göndərməyə başladığınızı hiss edirsinizsə, narahat olmayın, qorxulu deyil. Enerjinin hərəkətdə olması istənilən halda faydalıdır. Həmçinin ağacların müalicəvi gücündən də istifadə etmək olar. Ağaca yaxınlaşıb ondan neqativi sizdən almasını xahiş etmək olar.
Üçüncü texnika - Yandırma
Təmizlənmək məqsədi ilə neqativi oda atmaq olar.
Dördüncü texnika - Nəfəs
Nəfəs verərkən ağzınızdan çıxan havanı tutqun duman kimi təsəvvür edin. Əvəzində mavi və ya qızılı şüa udduğunuzu təsəvvür edin. Bu texnika sadəcə təmizləmir, həm də bədənə əlavə enerji verəcək. Bu prosesi nə qədər dolğun və geniş təsəvvür etsəniz, şüa bədəninizə bir o qədər tez yayılacaq və bütün ağırlığı sizdən silib atacaq.
Beşinci texnika - Meditasiya və ya dua
Təmizlənmək üçün su, hava və od ünsürünə ehtiyac yoxdur, meditasiyadan istifadə edə bilərsiniz. İlk növbədə rahatlaşma vəziyyətinə daxil olun, daha sonra su axınının sizi bütün pisliklərdən necə təmizlədiyini vizua olaraq xəyalınızda canlandırın.
Bu prosesi odla da etmək olar. Məsələn, təsəvvür edin ki, ətrafınız ocaqla əhatə olunub. Amma bu, bədəndə hərarəti artıra bilər. Neqativi təmizləməyin bir neçə üsulu var. Başlıcası çalışın ki, mənfi enerjini insanlara göndərməyin və ya fəzada yığılıb qalınlaşmasın.
Yüksək meditasiya
Yuxarıda sadalananlardan savayı, kosmik, mənəvi və egregorial (bəzi hallarda), sevgi, işıq, axın və s. enerjilərdən istifadə etmək olar. Lakin bunlar daha mürəkkəb üsullardır. Bu texnikaların çox faydalı olduğunu, amma bütün problemlərinizi həll etmədiyini və sizi tamamilə təmizləmək mümkün olmadığını unutmayın, ən dərin qatlarda sizi daha ciddi və çətin bir iş gözləyir...
Aytən Məftun
-
Region02:18Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
-
Qoroskop01:40Günün ulduz falı: Müdrik və təmkinli qərarlar uğur gətirəcək
-
Hadisə1 İyun 23:05Sumqayıtda yaşayış binasında yanğın
-
Hadisə1 İyun 21:51Qoşulub qaçan gənclərlə bağlı rəsmi açıqlama
-
Kriminal1 İyun 19:50Bakıda qayınata gəlinini öldürdü
-
Nəqliyyat1 İyun 19:20Bakıda taksi parkları satışa çıxarılır - Nə baş verir?
-
Ekologiya1 İyun 18:30Sabah elə bir külək əsəcək ki... - Bakıda və bu rayonlarda
-
Ekologiya1 İyun 18:20Bu həftə ehtiyatlı olun! - Xəbərdarlıq







.jpg)

.jpg)


.jpg)



.jpg)




















