• USD 1,7000 0,00% EUR 1,9069 -0,38%
    • GBP 2,1256 -0,28% RUB 0,0270 -0,37%

Həyatınızı nizama salan 3 DAOSİZM FƏLSƏFƏSİ

  • İnanc
  • 15 İyun 2019 07:30
  • 1 926 Baxış
Həyatınızı nizama salan 3 DAOSİZM FƏLSƏFƏSİ

Heç nə vaxtsa həyatınıza nəzarəti itirdiyiniz düşüncəsi ilə yuxudan oyanmısınız? Yaxşı, yoxsa pis olduğunuzu belə müəyyən edə bilmirsiniz... Amma böyük bir bilinməzliyin sizi boşluğa doğru çəkdiyini hiss edirsiniz... Hər kəsin həyatında belə günlər baş verir və bu, tamamilə normaldır.

Amma dərk edirsiniz ki, bu vəziyyət çox davam edə bilməz, odur ki, onu dəyişdirməyə qərar verirsiniz. Bu isə artıq yolun yarısını qət etmək deməkdir. Geriyə sadəcə bu işi necə həll etmək qalır. Həyatın gözəlliyi və müsbət enerji ilə nəfəs alan hər bir insan içindəki cinlərlə daim mübarizə və münaqişədədir. Hər gün və hər birimiz öz yolumuz ilə. İstənilən halda bu yolda atılan həm böyük, həm də kiçik səylər alqışa layiqdir.

Şərq fəlsəfəsinin mahiyyəti ondan ibarətdir ki, həyat üzərində nəzarətin sirri hərəkət deyildir.

Publika.az bu yazıda oxuyucuları həyatınızı nizama salan 3 DAOSİZM FƏLSƏFƏSİ ilə tanış edib.

Əlbəttə ki, bu, qərb sizilizasiyasının “Əziyyətli iş həmişə mükafatlandırılmış olmalıdır” və “Sonsuz uğur arayışları” kimi açar konsepsiyasına uyğun gəlməyə bilər. Amma qədim Çin fəlsəfəsində hərəkətsizlik daosizmin əsas sütunlarından biridir. Buna U-vey və ya hərəkətsiz fəaliyyət deyilir.

Sözdə "hərəkətsizlik" adlandırılan bu yol əslində hərəkətə keçmək üçün güclü bir təkan verir. Və o, 3 mərhələdən ibarətdir: Güvən, qiymətləndirmə və yaşam.

Etibar edin

Yadda saxlayın ki, həyatınızda baş verən hər bir hadisə hər hansı səbəbdən dolayı baş verir. Odur ki, vəziyyəti qəbul edin və həyatın gedişatına etibar edin. Həyat bizdən daha müdrikdir.

Əgər kimsə ümidlərinizi doğrultmursa, mümkündür ki, bu sizə qətiyyən lazım deyil.

Çətinliklərin sizi sındırmasına icazə verməyin, heç bir halda təslim olmayın. Yazılanı dəyişdirmək gücündə olmadığınızı qəbul etməyi öyrənin. Sakitcə.

Hər cür maneələr olacaq, amma siz buna görə məyusluğa düşməməlisiniz. Və xüsusən nəfsinizə təslim olmamalısınız.

Öz intuisiyasınıza inanın, qalan məsələləri Kainat özü yerinə qoyacaq.

Baş verənlərə etibar edin, bu, çıxılmaz və çətin vəziyyətlərdə edə biləcəyiniz ən yaxşı yoldur.

Nə baş verməsindən asılı olmayaraq, üzünüzdə həmişə təbəssüm gizlənməlidir. Həyat mükəmməldir, bunu unutmayın.

Sahib olduqlarınızın dəyərini bilin

Həyatın gətirdiyi ən xırda sevincləri sezin və qiymətləndirin: təmiz səma, yağışdan sonra gələn ot qoxusu, quşların cəhcəhi və ya vaxtında gələn avtobus.

Sahib olduğunuz hər şey üçün minnətdarlıq edin və tezliklə görəcəksiniz ki, həyatdan şikayət etməyi dayandırmısınız.

Sadəcə həyata baxış istiqamətini dəyişin. Həyatı fasiləsiz olaraq maneələrlə mübarizə aparmalı olduğunuz yer kimi deyil, böyük hədiyyə kimi qəbul edin.

Əvvəlcə sizə asan olmayacaq, ancaq inan ki, bu təqib edilməli olan bir yoldur.

Sevdiyiniz insanları qiymətləndirin. Onlara öz sevginizdən danışın və istilik ötürün. Həyat hər anda sona çata bilər və vaxtında söylənməli olan sözləri demədiyiniz üçün özünüzü heç vaxt bağışlamayacaqsınız. Həyatınızda olanları qiymətləndirdiyinizi onlara hər gün xatırladın və ya hiss etdirin. Sevgi paylaşdıqca böyüyür. Ən başlıcası - bağışlamağı öyrənin. Hətta unuda bilməsəniz belə.

Sadəcə yaşayın

Rene Dekart deyirdi ki, “Mən düşünürəm, deməli, varam”. Odur ki, düşünün. Həyatınız haqqında düşünün. Keçmişi analiz edin və daha yaxşı bir gələcək təsəvvür edin.

Sizin dünyaya gəlməyiniz və formalaşmağınız üçün kainatda nə qədər dəyişikliyin meydana gəldiyini təsəvvür edin. Bəli, bu sürpriz, xoşbəxtlik və səadət yarada bilər.

Bu, etməli olduğunuz ilk addımdır.

Gələcəyinizi düşünün, amma diqqətli olun, fantaziyalara və xəyallara çox qapılmayın.

Hər kəs və hər şey öz ağlınızda təsəvvür etdiyiniz kimi gedə bilməz. Nəticə etibarı ilə həyat bir domino oyunu deyil.

Həyat bir çox problem və çətinliklərin mütləq serialı deyil. Rudi Fransisko deyirdi ki, stəkanın yarımçıq və dolu olmasının əhəmiyyəti yoxdur. Əsas odur ki, orda su var. Onu için və həyat haqqında şikayət etməyə son verin.

Əzələlər qantellərlə ağır məşqlər nəticəsində meydana gəlir. Odur ki, yükün çox ağır olduğunu hiss edirsinizsə, düz durun və çənəninizi qaldırın. Bu da belə bir məşqdir.

Dünya ətrafınızda dağılırsa, o zaman dağıntılara baxın və ondan yeni bir şey qurun. Hər şey hər zaman yenidən başlaya bilər.

Unutmayın, hələ burdasınız. İnsan qəlbi saatda 4 min dəfə döyünür. Hər ürək döyüntüsü “Hələ həyatdasan” deyə bağırır. Həyatda olduğunuzu unutmayın və hərəkətə keçin.

Qeyd edək ki, DAOSİZM Çin klassik fəlsəfəsində mühüm kateqoriyalarından biridir, onun mənası yol deməkdir.

Aytən Məftun

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR