İnanc
Məşhur psixoloqdan sağlam və möhkəm münasibət qurmağın 22 QAYDASI
30 illik təcrübəsi olan rusiyalı məşhur psixoloq, yazıçı və aparıcı Mixail Labkovskovun münasibətləri sağlam qiymətləndirmə bacarığına heç kəs laqeyd qala bilmir. Etiraf etmək lazımdır ki, kəskin görünən cümlələrin axrasında böyük bir həqiqət payı yatır.
Publika.az bu yazıda oxuyucuları psixoloqun sevgi haqqında tanış olmağa dəyən fikirləri ilə tanış edib.
"Özünə lazım olmayan insan heç kəsə lazım deyil. Özünü olduğu kim qəbul edən insan gündəlik problemlərə baxmayaraq, həyatı zövqlə və dolğun yaşayır".
"Əgər ən yaxşı seks qalmaqaldan sonra yaranırsa, bu, müvəqqətidir, çox keçməz aranızda ancaq mübahisələr qalar".
"Əgər ilk, ikinci və üçüncü görüşdə kişi ilə rahat ola bilmirsinizsə, dördüncünü təyin etməyin. İlk görüşdə kişi özünü daha yaxşı göstərməyə çalışır və əgər onun yanında özünüzü narahat hiss edirsinizsə, bu münasibətlərdən yaxşı heç nə gözləməyə dəyməz".
"Paradoks ondan ibarətdir ki, kişilər sadəcə olaraq həyasız qadınları xoşlayırlar".
"Biz sevgini əzabların hüdudları ilə qiymətləndiririk. Halbuki sağlam sevgi sənin nə qədər xoşbəxt olmağındır".
"Əgər ərə getmək istəyirsinizsə, sadəcə bu barədə düşünməyə son verin. Bu, kapotun üstündə gəlincik, duvaq və digər zir-zibil arzulamağa bərabərdir. Sağlam insanlarda vəziyyət bir qədər başqa görünür. Birincisi, onların sevməyə ehtiyacı var. Və bu tələbat imkan verir ki, onları sevən kişi ilə tanış ola bilsin".
"Sağlam insanlar həmişə özünü, nevrozlar isə özünə ziyan verən münasibətləri seçir. Bax bu, onlar arasında baçlıca fərqdir".
"Heç bir halda evli kişi ilə münasibət qurmağa dəyməz. Vaxtınızı boşa itirməyin. Evli kişiyə arvad lazım deyil, o, onsuz da evində var".
"Əgər ərə getmək istəyirsinizsə, kimləsə görüşürsünüzsə, hətta bir il yarım birlikdə yaşayırsınızsa və heç nə dəyişmirsə, ondan ailə qurmaq və toy etmək istədiyi barədə soruşmaq lazımdır. Əgər kişi ailə qurmağa hazır deyilsə, deməli, onunla vidalaşmağın vaxtıdıtr. Əlbəttə ki, yaxşı yolla. Məsələn, “Sənə çox isti yanaşıram və eyni ruhda davam edəcəm, amma səndən uzaqda” deyə bilərsiniz".
"Əgər kimsə bir insan üçün bütün dünyanı əvəz edirsə, deməli, o insanın öz dünyası yoxdur".
"İllərlə evdə oturub ev təsərrüfatı və uşaqların tərbiyəsi ilə məşğul olan qadın "korlanır". Bu, qaçılmazdır. Nəticə etibarı ilə kişi bu qadınla darıxmağa və onu səhef hesab etməyə başlayacaq. Bu isə boşanmağa doğru atılan yarım addımdır".
"Yalınızlıq - ətrafında sevginin olmaması yox, özünə marağın olmamasıdır".
"Əgər o, sizi narahat edirsə, ayrılın. Tək qalmaqdan qorxmayın. Dünyada heç bir kişi ona görə özünü sındırmağa, onun qarşısında əyilməyə, onun uğrunda arzu və ehtiyaclarından vaz keçməyə layiq deyil. Heç bir kişi!"
"Hər şey sadədir. Sizə ya birlikdə yaxşıdır, ya da sadəcə ayrılmaq lazımdır. Yeri gəlmişkən, hipoteka ilə ev almazdan və 3 uşaq doğmazdan əvvəl".
"Psixoloji cəhətdən sağlam olan insan öz hisslərinə istiqamətlənir və həmişə özünü seçir. Nə sevgi, nə də gözəllik qurban tələb etmir. Əgər tələb edirsə, bu, dəqiq sizin hekayəniz deyil. Aradan sürüşün. Elə bir hədəf yoxdur ki, uğrunda uğursuz münasibtələrə dözmək lazım gəlsin".
"Bütün həyatını barmaqların ucunda qura bilmərsən, məyus olmaq əvvəldən əsl özünü göstərməkdən həmişə daha ağrıdır".
"Özünü sevməyən insanlar bir-birini sevə bilməz, odur ki, belə cütlük xoşbəxt ola bilməz".
"Ərə getmək üçün nə etmək lazımdır? Sadəcə bir şey - özün olmaq. Bu, kifayətdir. Prinsipcə, təkcə buna görə sevirlər".
"Əgər onun sizinlə davranışı xoşunuza gəlmirsə, xoşagəlməz nə isə edin, ona bu barədə bir dəfə deyin. Əgər vəziyyət dəyişmirsə, “Xoşgetdin”.
"Normal insan sayğı duyulmayan münasibəti davam etdirməz. Və belə münasibətə ümumiyyətlə başlamır".
"İnsan həyatının girov hesab edildiyi bir dövr var ki, valideynlərindən obyektiv şəkildə asılı olur. Bu, uşaqlıq və valideynlərdən asılılıq dövrüdür. Amma bu dövr qısa çəkir. Qalan bütün hallarda istənilən münasibətlərdə yetkin insanın seçimi dayanır".
Aytən Məftun
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO