İnanc
Məşhur aktyordan həyat haqqında dərin məsləhətlər
Aktyor, musiqiçi və şair Pyotr Mamonov müasir Rus mədəniyyətində öz şəxsiyyətini açıq-aydın şəkildə ortaya qoyan ustadlardan biridir. O, kiminsə xoşuna gəlmək üçün yaşamır, öz hücrəsinə çəkilib sakit həyat sürür, nadir hallarda konsertlər verir və tamaşalarda çıxış edir. Dərin həyat fəlsəfəsi ilə seçilən məşhur müsahibələrində öz təcrübərlərini paylaşır.
Pubika.az oxuyucuları aktyorun həyatın anlamı haqqında hikmətli fikirləri ilə tanış edib.
İnsanları incitməyin və heç kəsdən inciməyin.
Hətta özünüzə əmin olmsanız da, “Səni sevirəm” deyin. Bu sözləri tez-tez söyləyin.
Tez-tez sevdiyiniz insana toxunun.
Həmişə həmsöhbətinizin düz gözlərinin içinə baxın.
Dəyişikliklərdən qorxmayın, amma arzulamayın da.
Güzətşə gedin.
Hər hadisəni bayrama çevirin.
Başqalarını heç vaxt mühakimə etməyin, xüsusilə zövqlərini sorğulamayın.
Allaha tərəf gedin, Allahı axtarın, hətta ona inanmasanız belə.
Tez-tez nəğmə oxuyun.
Konsertlərə gedin.
Gülümsəmədən yuxuya gedin.
Həmişə dostlarınızı doğum günü münasibəti ilə təbrik edin, hədiyyələr edin.
Səbəbsiz yerə valideynlərinizə zəng edin.
Güzgüdə tez-tez özünüzə gülümsəyin.
Gülməli vəziyyətə düşməkdən qorxmayın.
Həyatı kurort kimi qəbul etməyin, biliklərinizi paylaşın.
Sevdiklərinizi düşünün.
Qaydaları dəyişin.
Özünüz olun.
İcazə verin ki, başqaları da qayğınıza qalsın.
Hər hadisənin işıqlı tərəflərini düşünün.
Bəyəndiyiniz film və mahnıları dostlarla paylaşın.
Yalnız sevdiyiniz insanla sekslə məşğul olun.
Cavanlıqda yazdığınız şeirlərdən utanmayın.
Ölümdən qorxmayın, amma yaxınlarınızı itirməkdən qorxun. Bundan savayı heç nədən çəkinməyin.
Həyatın hər dəqiqəsinə dəyər verin, çünki zaman çox az, həyat isə qısadır, həyatınızın ən adi anını daha gözəl edə bilərsiniz.
Özünüzə inanın.
Dünyanı təəccübləndirin.
Məzuniyyətdə telefonu söndürün.
Konsert və filmlərə heç vaxt tək getməyin.
Təşəkkür etməyi unutmayın.
Dostlarınızla şəkil çəkdirin.
Sizi sevən insanları qoruyun.
Sevdiyiniz insan üçün ən yaxşısı olun.
Digər insanların seçimlərini tənqid etməyin.
Həmişə yaxınlar və ailə üzvlərinizin rifahının qayğısına qalın.
Vaxtınızı laqeyd olan insanlara xərcləməyin.
Uduzmağı öyrənin və bu bunu faciəyə çevirməyin.
Başqaları haqqında pis danışmayın.
Bəli, həyatda hamımız yıxılırıq. Lakin bu zərbələr bəla kimi yox, dərman kimi qəbul olunmalıdır. Belə sınaqlar bizi təmizləyir. Əgər Tanrını bizi sevən kimi qəbul edə bilsəydik, onun göndərdiklərini də hədiyyə kimi qəbul edə bilərik.
Aytən Məftun
-
Sosial12:52Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı dayandırıldı
-
Hadisə12:38İrəvanda ermənisayaq zarafat: Zebra bildilər, eşşək çıxdı - VİDEO
-
Dünya12:02Vəzifə müvəqqətidir, çörək əbədi: Baş nazir "pekarnı"da işə başladı - FOTO
-
Nida Xəbər 11:38MM-də komissiya yaradıldı, Ziyafət Əsgərov sədr oldu
-
Nida Xəbər 10:58Aİ səfiri XİN-ə çağırıldı: Etiraz notası təqdim olundu
-
İdman10:18Restoranda görüblər: Yamal indi də bu gözəllə eşq yaşayır - FOTOLAR
-
ABŞ09:48Güllədən qorxmayan prezident görün nədən qorxur - Tramp hər kəsi şoka saldı
-
Sosial09:12Eynulla Fətullayev saytını satdı: Azərbaycandan gedir







.jpg)






















.png)

.jpg)





