İnanc
Uzunömürlülük sirri: ömrünüzü ən azı yeddi il uzadacaq 4 FƏND
Optimizm, yaşından, cinsindən, sosial-iqtisadi vəziyyətindən və sağlamlıq vəziyyətindən asılı olmayaraq insan ömrünü orta hesabla 7,5 il uzadır.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Yale Universitetinin alimləri geniş bir araşdırma zamanı bu nəticəyə gəlib. Daha uzun və xoşbəxt həyat sürmək istəyirsinizsə, hər gün aşağıdakı davranışları etməyi məsləhət görürük.
1. Sosiallaşma
Həftədə ən azı bir dəfə işdən kənar dostları ilə görüşən insanlar daha uzun yaşayır, özlərini yaxşı vəziyyətdə saxlayır. Onların infarkt keçirmək riski daha azdır. Məlum olub ki, dostunuzla hətta sadə bir telefon danışığı qan təzyiqini və stress hormonun kortizol səviyyəsini normallaşdırır.
Alimlər sübut edib ki, uzunmüddətli dostluq əlaqələri idman etmək və ya siqareti tərgitmək qədər fiziki sağlamlığa müsbət təsir göstərir. Odur ki, dostlarınızla süfrə arxasında görüşməyə dəyər.
2. Şükranlıq və minnətdarlıq
Xoşbəxt anları qeyd etməklə əhvalınızı yaxşılaşdırırsınız. Minnətdar olduğunuz hər şeyi, hətta ən xırda hadisələri də xatırlayın. Beləliklə, daha nikbin və xoşbəxt olacaqsınız.
Tədqiqatlar göstərib ki, minnətdarlıq etməyi bacaran insan fiziki cəhətdən özünü daha möhkəm hiss edir. Həm də qəzəbə qarşı immunitetə malikdirlər.
Ancaq mütəxəssislər minnətdarlığın həddini aşmamağın vacib olduğunu da vurğulayıb. Dəftərinizə həftədə bir dəfə “Təşəkkür edirəm” qeydini yazmaq daha yaxşıdır.
3. Xeyirxah əməllər
Gündə beş xeyirxah əməl sizi daha da xoşbəxt edəcək sehrli nömrədir. Hətta ən sadə şeylər də ola bilər: avtobusda yaşlı bir şəxsə və ya hamiləyə yer verin, iş yoldaşınız üçün bir fincan qəhvə dəmləyin, imkansız şəxsə pul verin. Bu əməllərlə həm öz gününüzü, həm də başqasının gününü uğurlu edəcəksiniz. Yardımlarınız üçün özünüzə təşəkkür edin, onda özünüzü yaxşı hiss edəcəksiniz.
4. Gözəl anları təkrarlayın
Keçmişdə yaşanan xoşbəxt anları kağıza yazaraq, ömrünüzü uzada bilərsiniz. Məişət qayğılarının arasında bütün uğurları xatırlamaq dərhal özünə inamı artıracaq.
Qeyd etmək lazımdır ki, bəzən əvvəllər baş vermiş pisliyi xatırlamaq da eyni dərəcədə vacibdir. Bir neçə ildən sonra romantik münasibətlərin bitməsinin və ya işdəki uğursuzluğun səbəblərini daha aydın görə biləcəksiniz. Nəticədə bu "məğlubiyyətlər"in əslində yeni qapılar açdığını və yeni imkanlar təqdim etdiyini başa düşəcəksiniz.
Keçmişlə barışa bilsəniz, gələcəkdə çətinliklərin öhdəsindən gəlmək daha asan olacaq.
Aytən Məftun
-
ABŞ20:32İran atəşkəsi pozdu - Tramp
-
Magazin219:51Kadir İnanır vəfat etdi
-
Region19:138 il əvvəl faciənin yaşandığı zavodda yenidən partlayış oldu - Ölən və xəsarət alanlar var
-
Hadisə18:48Kanalda batan gəncin meyiti tapıldı - Video/Yeniləndi
-
Dünya18:36İran XİN-dən Körfəz ölkələrinə xəbərdarlıq
-
Nida Xəbər 16:17Yeni generallara rütbələr təqdim olundu - FOTO
-
Nida Təhlil 15:1626 İyun mesajı: Azərbaycan əsgəri yüksək hazırlığa və Vətən sevgisinə sahibdir
-
Sosial14:58Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi












.jpg)


.jpg)
.jpg)




















.jpg)