İnanc
Karantin dövründə iftar məclisləri keçirilməlidir? - Hacı Şahindən AÇIQLAMA
Son günlər mediada ölkədə koronavirus pandemiyasına görə tətbiq edilən karantin qaydalarını pozaraq kütləvi şəkildə iftar məclisləri təşkil edənlərlə bağlı məlumatlar yer alır.
Məsələ ilə bağlı Publika.az-a danışan Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri, ilahiyyatçı Hacı Şahin Həsənli bildirib ki, karantin rejimində kütləvi iftar məclislərinin təşkil olunması məqsədəuyğun deyil:
“Hazırda karantin rejimində yaşadığımız üçün dini ayinlərin icrası ilə bağlı da müəyyən dəyişikliklər həyata keçirilib. Qafqaz Müsəlmanları İdarəsinin də fətvasında qeyd olunurdu ki, bu il Qədr gecəsi məclisləri, əhya mərasimləri camaatla birgə, kütləvi şəkildə icra olunmayacaq. Din xadimləri canlı yayım vasitəsilə insanlara müraciət edirlər. İnsanlar da evlərində həmin ayinləri icra edirlər. Ona görə də kütləvi iftar məclislərinin təşkil olunması düzgün deyil”.
QMİ rəsmisi qeyd edib ki, bu kimi toplantılar insanların virusa yoluxma təhlükəsini artırdığı üçün bundan çəkinmək lazımdır. Hacı Şahin Həsənli iftar süfrələrini hər bir insanın öz ailəsi, doğmaları və yaxınları ilə birgə açmasının tərəfdarıdır:
“İnsanlar iftar məclislərini evində təşkil etsə və məhdud çevrə ilə iftar açsa daha yaxşdır. Çünki Qurani-Kərimdə də qeyd olunur ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın. İnsan özünü təhlükəyə atırsa, buna görə məsuliyyət daşıyır. İftar məclisləri də kütləvi olarsa yoluxmaya səbəb olar. Bu da bir növ insanın özünü təhlükəyə atması ola bilər. Ona görə də insanlar özlərini qorumalıdır və bu qısa müddət ərzində iftarı evdə açmalıdırlar. Gələn il yenə də iftar məclisləri təşkil olunacaq. Bu çətinliyin ömrü qısadır, çalışmaq lazımdır bu qısa müddətdə qaydalara riayət edək ki, tezliklə çətinlikdən xilas ola bilək. İftar süfrəsi bəhanəsi ilə həddindən artıq kütləvi məclislərin keçirilməsi düzgün deyil”.
Akqabay Mıradov
-
Qoroskop01:20Günün ulduz falı: Pul itkilərinin qarşısını almaq üçün tədbirlər görməlisiz
-
Kriminal9 Oktyabr 19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Dünya9 Oktyabr 19:30Türkiyəli iş adamının evinə silahlı basqın: 820 min dollarlıq sərvət oğurlandı
-
Elm və təhsil9 Oktyabr 18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi
-
Hadisə9 Oktyabr 18:20Ceyranbatanda çoxmərtəbəli yaşayış binasında yanğın - Foto/Video/Yeniləndi
-
Rəsmi xronika9 Oktyabr 15:44Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ
-
Nida Xəbər 9 Oktyabr 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya9 Oktyabr 14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır









.jpg)

























.jpg)


