İnanc
Bayram namazı BELƏ QILINACAQ - Komitə sədri açıqladı
Azərbaycanda bayram namazları karantin rejiminə uyğun qılınacaq. Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun addım atılacaq.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Yeni TV-yə müsahibəsində deyib.
M.Qurbanlı bildirib ki, əgər həmin vaxt koronavirus təhlükəsi davam edəcəksə, bayram namazı şəraitə uyğun həyata keçiriləcək: “Hazırkı mövqe ondan ibarətdir ki, virus təhlükəsi davam edəcəyi təqdirdə bayram namazı internet üzərindən icra olunacaq”.
Komitə rəsmisi, həmçinin qeyd edib ki, Ramazan ayı ərzində kütləvi iftar süfrəsi haqda məlumat daxil olmayıb: “Bilirsiniz, imamlar internet üzərindən moizələrində insanlara çağırış edirlər ki, iftar mərasiminizi öz evinizdə ailənizlə birgə keçirin”. (trend)
-
Səhiyyə17:10Daha bir həkim vəfat etdi - FOTO
-
Hadisə17:05Naxçıvanda yasa gedən 11 nəfər dəhşətli qəzaya düşdü - FOTO
-
Hadisə16:45Yataqxanada meyiti tapılan tələbə ilə bağlı ATU-dan açıqlama
-
Səhiyyə16:31Azərbaycanda gənc həkimin qəfl ölüm səbəbi bilindi - FOTO
-
Avropa15:54Rusiyanın "kölgə donanması"na qarşı əməliyyat: Gəmiyə desantla basqın edildi
-
ABŞ14:06The Wall Street Journal: "İranın 2500-ə qədər raketi var"
-
İqtisadi gündəm13:48Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
-
Magazin213:33Can Yamana nə olub? - FOTOLAR














.webp)
.png)

.png)


















