İnanc
Fenq-şui qaydalarına əsasən VARLANMAĞIN SİRLƏRİ
Sərvət cəlb etmək üçün fenq-şuinin incəliklərinə bələd olmaq yetər. Fenq-şui insanlarla onları əhatə edən əşyaların, təbiətin harmoniyasını, bağlılığını öyrənən qədim Çin elmidir. Müxtəlif xalqların nümayəndələri ondan bu gün də geniş yararlanır. Fenq-şuinin təsir gücü artıq 4 min ildən çox yaşamağa və insanları ruhlandırmağa davam edir.
Publika.az oxucuları fenq-şuidə pulla bağlı olan bir neçə inancla tanış edir.
1. Mətbəx və dəhlizi təmiz saxlayın. Çirkli yerlərə pul gəlməz.
2. Bədxərcliyə yol verməmək üçün maaşın ilk günündə pul xərcləməyin. Onları bir qutuya və ya seyfə qoyun. İkinci gündə az miqdarda xərcləməyə başlaya bilərsiniz.
3. Cüzdanda qırmızı və ya qırmızı dekor elementləri olmalıdır.
4. Cüzdanınıza lazımsız heç nə qoymayın, yalnız pul və plastik kartlar. Foto, çek və digər kağızları yığışdırın.
5. Əsginasları nominal dəyərindən asılı olaraq ardıcıllıqla düzün.
6. Pulları yalnız təmiz əllərlə və səhər saymaq məsləhətdir.
7. Pul cəlb etmək üçün varlı adamdan pul istəyin və xərcləməyin. Bu istənilən miqdarda ola bilər, ancaq zəngin ölkənin valyutası daha yaxşıdır.
8. Özünüzü ən azı iki istiqamətdə inkişaf etdirin: peşədə və maliyyə bazarında pul qazanmaq bacarığında. Unutmayın ki, pul özü ilə daha çox pul gətirir.
9. Cüzdanın özünə diqqət yetirin. Təmiz və yeni olmalıdır. Pul köhnə cüzdana gəlmir, çünki görünüşlə yoxsulluğu simvollaşdırır.
10. Alınan pulu (100%) aşağıdakı nisbətdə paylamaq tövsiyə olunur: 50% - yaxşı bir iş üçün bağışlayın, 25% - gözlənilməz xərclər üçün ayırın, 10% - ehtiyacı olan qohumlar üçün və 15% - özünüzə xərcləyin.
Aytən Məftun
-
Magazin219:48Britni Spirs eks sevgilisinin yeni təklifini rədd etdi
-
Magazin119:12Emin Ağalarov oğlu Mikayılla Dubayda - VİDEO
-
Hadisə17:55Mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanladı
-
Avropa17:44Fransa yenə qarışır - Tələbələr küçələrə çıxacaqlar(FOTO)
-
Nida Təhlil 17:02Şəhid atası: "Mənə deyirdi ki, ata, mən də o aslanlardan biri olacağam"
-
Region16:45Simonyan: "Biz niyə türklərlə savaşmalıyıq?"
-
Ekologiya16:28Sabah güclü külək əsəcək - Xəbərdarlıq
-
Qarabağ 16:17Müharibə veteranı: Bacımın nəvəsi tankda vurularaq şəhidlik zirvəsinə ucaldı




























.jpg)








.jpg)
