İnanc
Azərbaycanda Ramazan bayramı qeyd olunur
Bu gün Azərbaycanda müqəddəs Ramazan bayramıdır.
Publika.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasına əsasən, Ramazan ayı bu il Azərbaycanda miladi təqvimi ilə aprelin 25-də başlayıb. Eydül-Fitr (Fitr bayramı) isə miladi təqvimi ilə mayın 24-nə təsadüf edir.
Ramazan bayramında hər ailənin başçısı ailə üzvlərinin sayı qədər fitrə payı çıxarmalıdır.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik ediblər.
Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.
Ramazan ayında oruc tutulması müsəlmanlara hicrətin ikinci (622-ci il) ilində vacib edilib. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir.
İslamda ilin ayları arasında Ramazan ayı ən şərafətli və ən müqəddəs ay hesab edilir. Onu "on bir ayın sultanı" da adlandırırlar. Ramazan gecələrindən birində müsəlmanların müqəddəs kitabı Qurani-kərim nazil olub. Həmin gecə "Qədr" gecəsi adlanır.
Xatırladaq ki, İranın Ali dini liderinin dəftərxanası da ayın göründüyünü elan edib.
Allah bütün tutulan orucları, qılınan namazları qəbul etsin!
Ramazan bayramınız mübarək olsun!
-
Kriminal9 Oktyabr 19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Dünya9 Oktyabr 19:30Türkiyəli iş adamının evinə silahlı basqın: 820 min dollarlıq sərvət oğurlandı
-
Elm və təhsil9 Oktyabr 18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi
-
Hadisə9 Oktyabr 18:20Ceyranbatanda çoxmərtəbəli yaşayış binasında yanğın - Foto/Video/Yeniləndi
-
Rəsmi xronika9 Oktyabr 15:44Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ
-
Nida Xəbər 9 Oktyabr 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya9 Oktyabr 14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
-
Sosial9 Oktyabr 13:28İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO









.jpg)



























.jpg)

