İnanc
“Hacı Şahinin kitabını oxuyandan sonra...” - Deputat
“Dünyəvi dünyagörüşlü olsam da, dinə, onun tarixinə və fəlsəfəsinə marağım hər zaman olub. Sadəcə, mənim marağım dünyəvidir. Dünyəvi fəlsəfənin dini fəlsəfədən faydalandığı məlumdur. Dini fəlsəfənin də dünyəvi fəlsəfədən faydalandığı az olmayıb. Qarşılıqlı tənqiddən daha çox dünyəvi fəlsəfənin udduğunu düşünməyə vərdiş etsək də, dini çevrələrdə düşüncə inkişafını izləməyi unutmamalıyıq. Hacı Şahinin kitabını oxuyandan, daha öncə də onun bir neçə videosuna baxandan sonra şad oldum ki, ölkəmizin dini çevrəsində yalnız duyğuları deyil, düşüncələri də inkişaf etdirmək cəhdləri artır”.
Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Erkin Qədirli Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri, ilahiyyatçı Hacı Şahin Həsənlinin bu yaxınlarda işıq üzü görən “Haradan başlamalı” kitabı haqqında deyib.
Millət vəkili bildirib ki, kitab bəlli bir oxucu kütləsi üçün yazılsa da, dindar olmayan, hətta ateist olan kəslər üçün də maraqlı və düşündürücü ola bilər: “Ümid edirəm, bu cəhdlər yalnız dini çevrənin içində qalmaz və ölkəmizdə bir gün dini və dünyəvi düşüncələrin görüşdüyü, qovuşduğu və ya toqquşduğu mövzularda gerçəkdən azad, qarşılıqlı hörmət üzərində qurulmuş müzakirələr başlayar. Qərbdə bunun faydasını çoxdan anlayıblar. Hər şeyə ateist-dindar qarşıdurmasının gözüylə baxmağın toplum üçün yararlı olmadığı da anlaşılır. Onsuz da, bu və ya başqa şəkildə, hamı Allahı düşünür. Biriləri onun varlığını düşünür, başqaları yoxluğunu. Önəmli olan odur ki, Allahı düşünmədən düşüncəni inkişaf etdirmək olmur”.
-
Kriminal19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Dünya19:30Türkiyəli iş adamının evinə silahlı basqın: 820 min dollarlıq sərvət oğurlandı
-
Elm və təhsil18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi
-
Hadisə18:20Ceyranbatanda çoxmərtəbəli yaşayış binasında yanğın - Foto/Video/Yeniləndi
-
Rəsmi xronika15:44Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ
-
Nida Xəbər 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
-
Sosial13:28İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO









.jpg)



























.jpg)

