İnanc
Aleksandr Ata dəfn olundu - FOTO (YENİLƏNDİ)
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşein dəfn olunub.
Mərhum Birinci Fəxri xiyabanda torpağa tapşırılıb.
xxx
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşeinin dəfn mərasimi başlayıb.
Mərhum Birinci Fəxri xiyabanda torpağa tapşırılacaq.
xxx
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşeinlə vida mərasiminə qatılıb.
QMİ sədri mərasimin keçirildiyi Rus Pravoslav Kilsəsinə gəlib.
Qeyd edək ki, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşeinlə vida mərasimi keçirilir.
Mərasim saat 12:30-a kimi davam edəcək. Mərhum Birinci Fəxri xiyabanda torpağa tapşırılacaq. (Report)
xxx
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşeinlə vida mərasimi başlayıb.
Mərasim Rus Pravoslav Kilsəsində keçirilir.
Qeyd edək ki, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein iyunun 10-da uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib. Aleksandr İşein 1952-ci ilin 13 oktyabrında Rusiyanın Yaroslavl şəhərində doğulub, 1975-ci ildə dyakon olub. O, Moskva Teoloji Akademiyasını bitirib. 1988-ci ildə arximandrit səviyyəsinə yüksəlib. 1995-ci ildə Bakirə Məryəmin Məsum Hamiləliyi şərəfinə kilsədə fəaliyyətə başlayıb. 1998-ci ildə Bakı yeparxiyasının yepiskopluğu statusu təyin olunub və 1999-cu ildə o, bu dərəcəyə yüksəldilib. Aleksandr İşein 2012-ci ildən dərəcəsi arxiyepiskop idi.
Arxiyepiskop Aleksandrın din xadimi kimi səmərəli fəaliyyəti yüksək qiymətləndirilib və o, 2002-ci ildə “Şöhrət” ordeni, 2012-ci ildə “Dostluq” ordeni və 2015-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. (Report)
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
