İnanc
Bütün dünyanı güldürən Çarli Çaplindən möhtəşəm çıxış...
Bütün dünyanı güldürən kədərli adamın sevgi fəlsəfəsi bəziləri üçün keşməkeşli həyat yolunda bələdçi rolunu oynayır, bir qrup üçünsə əksinə, katalizator ola bilər. Dahi aktyorun 70 illik yubileyində səsləndirdiyi fikirlərini manifest də adlandırmaq olar.
Görkəmli aktyor, istedadlı ssenarist, bəstəkar, rejissor və on iki uşaq atası olan Çarli Çaplinin zəngin çıxışını oxumağa dəyər.
Publika.az xəbər verir ki, dahi aktyorun fəlsəfəsinə görə, insan hamıdan birinci özünü sevməli və inanmalıdır.
Bu gün artıq bilirəm ki, “Özün olmaq” nə deməkdir.

Özümü sevməyə başlayandan sonra anladım ki, darıxmaq və tənhalıq öz həqiqətimə qarşıya-qarşıya olduğuma dair xəbərdarlıq siqnallarıdır.
Özümü sevəndən sonra anladım ki, hazır olmayan insanın boynuna arzularını həyata keçirmək üçün müəyyən vaxt məhdudiyyəti qoymaqla, onu nə qədər incidirik. Və bu insan elə mən özüməm.
Bu gün mən buna “Özünə hörmət” deyirəm.
Özümü sevəndən sonra başqası olmaq arzusundan əl çəkdim və gördüm ki, məni əhatə edən həyat böyümək üçün hər cür fürsət verir.
Bu gün mən buna “Yetkinlik” deyirəm.
Özümü sevəndən sonra anladım ki, şəraitdən asılı olmayaraq, doğru zamandayam, doğru yerdəyəm və hər şey doğru anda baş verir. Mən həmişə sakit ola bilirəm.
İndi buna “Özgüvən” deyirəm.
Özümü sevməyə başlayandan sonra öz vaxtımı oğurlamağa və böyük layihələr barədə xəyal qurmağa son qoydum. Bu gün yalnız mənə sevinc bəxş edən və xoşbəxt edən, sevdiyim və ürəyimi güldürən şeyləri edirəm. Mən bunu istədiyim kimi və öz sürətimlə edirəm.
Bu gün mən buna “Sadəlik” deyirəm.
Özümü sevəndən sonra, mənə ziyan olan şeylər - qidalar, insanlar, əşyalar və hadisələrdən uzaqlaşdım. Ayağımdan tutub məni aşağıya çəkən hər şeyi rədd eləməyi bacardım. Və mən bunu sağlam eqo adlandırdım.
Bu gün mən buna “Özünü sev” deyirəm.

Özümü sevəndən sonra daha həmişə haqlı olmağa çalışmadım. Bundan sonra daha az səhv etməyə başladım.
Bu gün başa düşdüm ki, bu, “Təvazökarlıq”dır.
Özümü sevəndən sonra keçmişlə yaşamaq və gələcək üçün nigarançılıq hissindən uzaqlaşdım.
Bu gün mən anla yaşayıram və buna "Məmnuniyyət" deyirəm.
Özümü sevəndən sonra anladım ki, ağlım mənə müdaxilə edə bilər, hətta məni xəstələndirə bilər. Amma onu ürəyimlə birləşdirdiyim üçün o, dərhal dəyərli müttəfiqimə çevrildi.
Bu gün bilirəm ki, buna "Müdrüklik" deyilir.
Aramızda baş verən mübahisələrdən, qarşıdurmalardan anlaşılmazlıqlar və sairdən qorxmamalıyıq. Hətta ulduzlar belə toqquşur. Və onların toqquşmasından yeni dünyalar yaranır.
Bu gün bilirəm ki, buna - HƏYAT deyilir...

Aytən Məftun
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi















.jpg)






















.jpg)
