İnanc
İlahiyyatçı alimdən fitrə zəkatı açıqlaması: Günümüzün reallıqları nəzər alınaraq...
"Ramazanda geniş müzakirə olunan mövzulardan biri də fitrə zəkatının məbləğidir. Hər bir şəxsin imkanından asılı olaraq bu məbləğ 5-15 AZN arası dəyişə bilər. Bu, bilavasitə fitrə zəkatı verilən ərzağın dəyərindən asılıdır. Əgər siz fitrə zəkatını buğdanın qiyməti ilə hesablasanız, məbləğ daha aşağı, xurma və ya düyü ilə hesablasanız, daha yuxarı olacaq. Çünki hər üç ərzaq növü arasında qiymət fərqi var".
Publika.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov deyib
Fitrə zəkatı ərzaqla verilməlidir, yoxsa ərzaqın dəyərində pul da verilə bilər məsələsinə gəlincə, ilahiyyatçı alim qeyd edib ki, bəzi İslam alimləri fitrə zəkatının mütləq ərzaqla verilməsinin vacibliyini vurğulayırlar:
"Müasir dövrün ehtiyaclarını nəzərə alaraq bir sıra İslam alimləri ərzaq dəyərində pulun verilməsinin mümkünlüyünü bildirirlər. Hesab edirəm ki, günümüzün reallıqları nəzər alınaraq fitrə zəkatı pulla da verilə bilər. Fitrə zəkatı verilən insan nəyə ehtiyacının daha çox olduğunu bildiyi üçün həmin pulla özü istədiyi ərzağı və ya başqa ehtiyacı olan əşyanı ala bilər".
C.Məmmədov vurğulayıb ki, imkanı olan hər bir şəxsin fitrə zəkatını verməsi vacibdir:
"Fitrə imkansız insanlara verilməlidir. Ramazanın sonuncu gününə, ən geci bayram namazına kimi fitrə zəkatı verilməlidir. Allah bütün oruc və duaları qəbul etsin. Dövlətimizi, birliyimizi və həmrəyliyimizi hər zaman qorusun".
Akqabay
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO















.jpg)





















.jpg)


