Tarix
Çində qalmaqallı TAPINTI - FOTOLAR
Çində aparılan arxeoloji qazıntılar nəticəsində nəhəng insan skeletləri aşkarlanıb.
Publika.az xəbər verir ki, Çinin Şandun əyalətindən tapılan bu skeletlərin hündürlüyü 2 metrə çatır. Bu isə yerli əhalinin boyu ilə müqayisədə, nəhəng insan hündürlüyü sayıla bilər.
Şandun Universitetinin Mədəniyyət və Tarix bölməsinin rəhbəri Fan Xueyin sözlərinə görə, bu nəhənglər 5 min il bundan öncə Neolit dövründə yaşayıblar. Onların uca boylarını isə alim sağlam və zəngin qida ilə əlaqələndirir.
Çinli arxeoloqun fərziyyəsi mübahisəlidir. Çünki, hətta müasiri olduğumuz dövrdə, sənayesi və iqtisadiyyatı durmadan inkişaf edən varlı dövlətlərdə belə, boyu 2 metrə çatan kişilər azdır.
Həmçinin, digər mütəxəssislər düşünürlər ki, arxeoloq skeletlərin boyunu ölçərkən də, səhvə yol verib. Bu nəhənglərin boyu isə 2 metrdən də hündür olub.
Tapıntı haqda xəbərlər internetdə böyük qalmaqal doğurub. Rus arxeoloqları isə, öz torpaqlarında Çindəki tapıntılardan da, nəhəng insan qalıqları üzə çıxardıqlarını bildirir və bu xəbəri heç də sensansiya hesab etmədiklərini vurğulayırlar.
Maraqlısı odur ki, həm Çində, həm də Rusiyada tapılmış insan qalıqları üzərində aparılan araşdırmalar zamanı məlum olub ki, bu nəhənglər eyni dövrdə yaşayıblar. Yəqin ki, arxeoloqlar həmin dövrə aid hələ çox araşdırmalar aparmalıdırlar. Çünki buna səbəb yalnız qida ola bilməz.
Çində yaşamış nəhənglərin varlığını sübut edən növbəti ərazi Pinyan kəndidir. Burada tapılmış olduqca böyük ölçülü ayaq izləri diqqət çəkir. Bu adi ayaq pəncəsindən 2,5 dəfə böyükdür. Pəncəsinin ölçüsü 60 sm olan bu iz sahibinin 100 milyon il öncə yaşadığı və 5 metr boya sahib olduğu təxmin edilir.
Leyla Sarabi
-
Magazin219:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm
-
Hadisə16:12DİN əməliyyatlar keçirdi, saxlanılanlar arasında İran vətəndaşı da var
-
Avropa15:35Fransada dəhşət: Yeniyetmələr məktəbi yandırdılar
-
MDB14:30Rusiya: 1 günə 70 bina ələ keçirmişik
-
MDB13:50Rusiya Xarkovda daha bir kəndi zəbt etdi














.jpg)




















.jpg)