Tarix
Tarixin ən qısa müharibəsi: Cəmi 38 dəqiqə çəkib - FOTOLAR
Qədim zamanlarda müharibələr həftələr, aylar, çox zaman illər boyunca davam edib. O zamankı müharibələr müasir dövrdəki kimi bir bomba atıb saniyələr içində milyonlarla insanı öldürmək qədər asan olmayıb.
Lakin tarixdə bir müharibə var ki, o bir gün içində, daha dəqiq desək, 38 dəqiqə ərzində başlayıb və bitib.
Publika.az xəbər verir ki, bu müharibə Şərqi Afrikada yerləşən Tanzaniyanın Zanzibar adasında baş verib.
Müharibənin səbəbi idarəçilik kreslosundakı boşluqlar olub.
İngiltərə və Almaniya arasında strateji mövqe baxımından önəmli olan Şərqi Afrika adası 1890-cı ildə İngiltərə imperatorluğuna tabe olub. İngiltərənin müstəmləkə siyasətinə dəstək olan və onlarla birlikdə işləyən Həmad ibn Thuvaini adanın sultanı olub. Lakin onun sultanlıq dövrü cəmi 3 il çəkib. Sultan anidən ölüb və hər kəsi təəccüb içində qoyub. Adada yaşayan bir çox insan Həmadın özünü sultanı elan edən əmisioğlu Xalid ibn Barqaş tərəfindən zəhərləndiyini ehtimal edib.
Xalid ibn Barqaşın sultanlığının rəsmləşməsi üçün isə İngiltərə iperatorluğunun təsdiqi lazım gəlib. Lakin ingilis müstəmləkəçiləri boşalan taxta daha asan tabeliklərində saxlaya biləcəkləri Həmid ibn Məhəmmədi oturtmağa qərar verib. Özünü sultan elan edən Xalidə isə ultimatium göndərib. Ultimatiumda Barqaşın 27 avqust 1896-cı il saat 09:00-a qədər sarayı tərk etməsi bildirilib.
Lakin Barqaş sultanlığı buraxmağa niyyəti olmadığını açıq şəkildə göstərib və tələbi rədd edərək 3000 admaı ilə birlikdə keçmiş sultanın silahlı gəmisi ilə birlikdə dəniz limanında pusquya durub. Barqaşın topladığı əsgərlər sarayı qorumağa hazırlaşdıqları anda İngiltərə hökuməti 5 savaş gəmisi ilə adaya gəlib. Durumun ciddiyyətini bu an başa düşən Barqaş ABŞ səfirindən kömək istəyib.
İngiltərə ordusu isə 27 avqust səhər saat 09:02-də atəş açıb.
Bu atəşlə başlayan savaş 38 dəqiqə sonra sona çatıb və “Dünyanın ən qısamüddətli savaşı” kimi tarixə düşüb.
Barqaşın sığındığı “Qlasqov” adlı silahlı gəmi donanmanın açdığı atəşlə dərhal batıb. Əsgərlər isə zərərsizləşdirilib. Barqaş min bir əziyyətlə müharibədən qaçıb və Almaniya konsulluğuna sığınıb. İngilislər Almaniyadan Barqaşı onlara təslim etmələrini istəyib. Barqaş isə 2 oktyabr 1896-cı ildə almanların əlindən də qaçmağı bacarıb. Sultanlıq divanında haqqı olduğunu iddia edən Xalid ibn Barqaş 1916-cı ildə ingilislərə yaxalanana qədər Tanzaniyanın Darüssəlam şəhərində yaşayıb.
İnigilislər tərəfindən yaxalandıqdan sonra bir müddət sürgün həyatı yaşayan Barqaş Keniyanın Mombasa şəhərində həyatına davam edib və 1927-ci ildə elə burada vəfat edib.
Zümrüd
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...