Tarix
Şuşa Azərbaycanın yеganə bölgəsidir ki... - Şərh
"Eramızın II əsrində yaşamış qədim Roma tarixçisi Qai Korneli Tasit Qafqaz ərazisində dondar türk tayfasına məxsus Sosu şəhərinin olması haqqında məlumat verib. Xalq əfsanəsinə görə, bu yerlərin havası büllur kimi saf və şəfalı olduğu üçün onu Şuşa (şüşə) adlandırıblar".
Bu sözləri Publika.az-a Şuşanın tarixindən danışan siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev deyib.
O qeyd edib ki, Şuşa şəhərinin adı türk tayfaları və türk sözləri ilə izah olunur: "Bəzən şiş qayalarla əhatə oluduğuna görə "Şişə" şəklində də işlədilir. Türklərin məskunlaşdığı ən müxtəlif yerlərdə Şuşa, Sosu formalarında yaşayış məntəqələri, yer adları olub. Bir çox tədqiqatçılar Şuşa sözünü türk dilində mənası "uc", "yüksək" olan "şiş" komponenti ilə izah edirlər. İngilis səyyah və alimləri C.Morye və R.Burter Şuşanın qədimliyi ilə bağlı dəyərli mülahizələr söyləyiblər. C.Moryenin fikrincə, Şuşa hələ eradan əvvəl insan məskəni olub. R.Burter isə yazır ki, Şuşada Qafqazın başqa yerlərində olmayan Avropa şəhərlərindəki kimi daş binalar, daş döşəməli geniş küçələr, qədim Roma hamamlarını xatırladan gözəl hamam qalıqları var". Bütün bunlar Şuşanın hələ çox qədimdən mövcud olması haqqında fikir söyləməyə əsas verir. Şuşa qalasının salınması 1750-1751-ci illərdən hesab edilir".

Z.Əliyev bildirib ki, Qarabağ tarixçilərinin verdikləri məlumata görə, 1750-ci ildəki Şuşakənddən bir qədər aralı, hündür, sıldırım dağ üstündə qalanın inşasına başlanıb və 1756-1757-ci illərdə tikilib başa çatdırılıb: "Qala tikilən zaman Pənahəli xan belə deyib: "Qoy, Allah yeni yaradılan qalaya öz xeyir-duasını göndərsin, qoy, o, Gülüstanın gülü kimi, peyğəmbər həyətinin cənnət ağacı kimi çiçəklənsin, qoy, nə vaxtsa bütün Qarabağın mərkəzi olsun və ecazkar hadisələrlə məşhurlaşsın. Qoy, ətraf hakimlər yeni qalanın əzəməti qarşısında baş əysinlər və onun düşmənləri kül kimi yox olsunlar..."
Pənahəli xan Şuşanı özünə paytaxt edib, oranı möhkəmləndirib, qala-şəhərə çevirib. Şəhər bir müddət Pənahəli xanın şərəfinə Pənahabad, sonradan isə Şuşa qalası və Şuşa adlandırılıb".
Ekspertin sözlərinə görə, sovet hakimiyyəti dövründə Şuşa şəhərinin inzibati statusu bir neçə dəfə dəyişikliyə məruz qalıb: "Qafqaz bürosu plenumunun 1921-ci il 5 iyul tarixli qərarı ilə Şuşa yeni yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi kimi müəyyənləşdirildi. Lakin bu qərar 1923-cü il iyulun 7-də həyata keçirilərkən Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Şuşa yox, Xankəndi seçildi. 8 may 1992-ci ildə şəhər işğal edilərkən amansız şəkildə dağıdıldı. Şuşa Azərbaycanın bəlkə də yеganə bölgəsidir ki, bu qədər tariхi şəхsiyyətlər, incəsənət хadimləri yеtişdirib, Azərbaycanın başını uca еdib. Azərbaycan mədəniyyətinə dühalar, tariхi şəхsiyyətlər, incəsənət хadimləri bəхş еtmiş bu şəhər nə qədər istəsələr də hеç vaхt, hеç bir vəchlə başqa millətin оla bilməz".
Akqabay Mıradov
-
Rəsmi xronika11:05İlham Əliyev misirli həmkarını təbrik etdi
-
Dünya10:22Dünya bundan danışır: Tramp çıxış edərkən arxasındakı şəxs gündəm oldu - Video
-
ABŞ09:33ABŞ daha bir ölkəyə qarşı hərbi əməliyyata başlaya bilər - Müzakirə aparılır
-
ABŞ09:00ABŞ-da növbəti "şatdaun" - Tramp tarix verdi
-
Hadisə08:30Ağdamda daha bir güclü yanğın başladı - Yeniləndi
-
ABŞ08:10ABŞ İrana qarşı növbəti hücum dalğasını başa çatdırdı - Yeniləndi
-
Səhiyyə07:55Tarif Şurasının yeni qərarı bu gündən qüvvəyə minir
-
Dünya04:30Bu baş verərsə... - İrandan Trampın təhdidlərinə cavab








.jpg)














.jpg)














