Tarix
Xınalıqda nadir tapıntılar aşkarlandı
Xınalıqda antik dövrə aid maddi mədəniyyət nümunələri aşkar edilib.
Publika.az-a AMEA-dan verilən məlumata görə, akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun Xınalıq Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda apardığı arxeoloji tədqiqatlar nəticəsində məlum olub ki, burada 1 hektara yaxın sahədə qədim yaşayış yeri və qədim qəbiristanlıq mövcud olub.
Xınalıq arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru İdris Əliyev bildirib ki, adıçəkilən ərazinin cənub-şərq hissəsində 15-dən artıq kurqan aşkarlanıb.
Arxeoloq alim ilkin nəticələrə əsaslanaraq nekropolda aparılan tədqiqatların antik dövrə aid olduğunu vurğulayıb. O saxsı materiallar, dəmirdən hazırlanmış silah nümunələri, tunc bəzək əşyaları, müxtəlif minerallardan və şüşədən hazırlanmış muncuqlarla yanaşı, qəbiristanlıq ərazisində nadir tapıntılara da rast gəlindiyini bildirib.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi

















.jpg)


















.jpg)

.jpg)