Tarix
Azərbaycanlıların basdırıldığı kütləvi məzarlıqlar: Ordumuzun ilk hərbi pilotunun...
6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;
Azərbaycan Respublikası humanizm prinsipini rəhbər tutaraq, 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarıb. Azərbaycan tərəfinin humanitar xarakterli bu addımının əvəzində Ermənistan tərəfi birinci Ermənistan-Azərbaycan müharibəsində öldürülmüş və kütləvi məzarlıqlarda basdırılması ehtimal edilən hərbi və mülki Azərbaycan vətəndaşları haqqında məlumatları, habelə bu qəbildən olan kütləvi məzarlıqların yerləri barədə məlumatı Azərbaycan tərəfinə verməlidir.
Publika.az xatırladır ki, Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla, ümumilikdə 3890 Azərbaycan vətəndaşı itkin düşüb.
Birinci Ermənistan-Azərbaycan müharibəsində - 1988-1994-cü illər ərzində itkin düşən minlərlə soydaşımızın taleyindən hələ də xəbər yoxdur. Yüzlərlə azərbaycanlının qətlə yetirilməsi, diri-diri yandırılması, onların kütləvi basdırılması faktı isə məlumdur. Həmin qətliamlardan sağ qurtulan şahidlər, eyni zamanda tarixi faktlar da bunu təsdiq edir.
Sözügedən dövr ərzində ermənilərin azərbaycanlılara qarşı törətdiyi qətliamlar zamanı kütləvi məzarlıqların mövcudluğu ehtimalının olduğu əraziləri təqdim edirik:
Bağanis Ayrım kəndi. 1990-cı il martın 24-də Qazax rayonunun Bağanis Ayrım kəndində ermənilər tərəfindən qırğın törədildi. Qırğın nəticəsində 7 nəfər kənd sakini ocağa atılaraq yandırılıb, 2 nəfər isə güllələnib. Kənddə 17 ev qumbaraatanla dağıdılıb, 11 ev isə qarət edilib.
Əsliyevlər ailəsinin 5 üzvü işgəncələrlə qətlə yetirildikdən sonra üstlərinə benzin tökülərək yandırılıblar. Alməmməd Məhərrəmov isə həyətindəki ot tayasına atılaraq diri-diri yandırılıb. Kənddə növbə çəkən milis əməkdaşı Məcid Əhmədov güllələnib, 2 nəfər isə odlu silahla yaralanıb. Qətlə yetirilənlərin ən yaşlısı 75 yaşında, ən kiçiyi isə beşikdə olan 39 günlük körpə olub. Bu ərazidə kütləvi məzarlıqların olduğu bildirilir.
Azərbaycanlıların kütləvi dəfn olunması ehtimalının olduğu ərazilər 1991-ci il oktyabrın sonunda və noyabr ayı ərzində qətliam törədildiyi Çəmənli, Malıbəyli, Kərkicahan, Meşəli, Quşçular kəndləridir. Oradakı erməni vəhşilikləri azərbaycanlılara qarşı törədilmiş cinayətlər sırasında amansızlığı ilə seçilir. 1991-ci ilin iyun-dekabr aylarında erməni silahlı qüvvələrinin Xocavəndin Qaradağlı və Əsgəran rayonunun Meşəli kəndinə hücumu nəticəsində 12 nəfər öldürülüb, 15 nəfər isə yaralanıb.
src="/storage/files/upload/f826bea603c66be9dad044e5c58e19cea461ce3c.jpg" style="width: 842px; height: 544.451px;" class="fr-fic fr-dib fr-fil">Birinci Qarabağ müharibəsində ən böyük qətliam 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verib. Ən çox kütləvi məzarlığın da məhz bu ərazidə olması ehtimalı var. Soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Kütləvi məzarlıqların olduğu bildirilən ərazilərdən biri də Kəlbəcər rayonunun Ağdaban kəndidir.1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı qüvvələri və Qarabağdakı erməni hərbi birləşmələri Ağdaban sakinlərinə qarşı vəhşiliklər törədib, əhalini kütləvi formada qırıblar. 779 dinc sakinə divan tutulub. 67 sakin müxtəlif işgəncələrlə qətlə yetirilib. Həmin gün 90-100 yaşlı 8 qoca, 2 uşaq, 7 qadın diri-diri yandırılıb, 12 nəfərə ağır bədən xəsarətləri yetirilib, 2 nəfərin taleyi haqqında isə indiyədək məlumat yoxdur.
İnsanlığa sığmayan dəhşət daha sonra Goranboyun Ballıqaya yaylağında baş verdi. Laçınlılara qarşı törədilən 1992-ci il 28 avqust Ballıqaya faciəsi tarixə ən dəhşətli qətliam kimi düşüb. Səhər saat 5 radələrində Ermənistan silahlı qüvvələrinin yaratdığı diversiya qrupunun 10-12 nəfər üzvü alaçıqları xüsusi amansızlıqla, iriçaplı silahlardan və qumbaraatanlardan atəşə tutub. İnsanlığın utanc yeri olan Ballıqaya faciəsində 24 nəfər eyni gündə qətlə yetirilib.
Kəlbəcərin Ballıqaya ərazisində ötən il kütləvi məzarlıq aşkar edilib.src="/storage/files/upload/95478a0ca23a98485e37e3c3310c36de518e8598.jpg" style="width: 910px; height: 715.785px;" class="fr-fic fr-dib fr-fil">
Növbəti belə məzarlıq Şuşanın Daşaltı kəndində aşkarlanıb. 1992-ci ilin 25-26 yanvarında uğursuz Daşaltı əməliyyatı zamanı 90-a yaxın azərbaycanlı həyatını itirib. Onlardan 30 nəfərə yaxını itkin düşmüş sayılırdı və onların şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Ötən ilin fevral ayında Daşaltı kəndində həyata keçirilən axtarış tədbirləri nəticəsində naməlum cəsəd qalıqları aşkar edilib və onlar məhkəmə tibbi-ekspertizasına götürülüb. Onların şəxsiyyətinin dəqiqləşdirilməsi ilə bağlı hazırda işlər aparılır.
1992-1994-cü illərdə Xocavəndin Edilli kəndində kütləvi qırğınlar törədilib. Bu ərazidə də kütləvi məzarlığın olması ehtimalı mövcuddur.
Dəhşətli cinayətlərdən biri də Kəlbəcər rayonunda “Tunel” adlanan ərazidə 1993-cü il martın 31-də törədilib. Rayon ərazisini işğal edərkən Tunelin qarşısında pusqu quran erməni faşistləri həmin gün buradan keçərək, təhlükəsiz yerə getməyə çalışan dinc azərbaycanlıları gülləbarana tutub, qətlə yetiriblər. Sağ qalanlar girov götürülüb, uzun müddət dəhşətli işgəncələr görüblər. Tuneldə qətliam törədən faşist dəstəsinə məşhur terrorçu, sonralar Ağdam rayonu ərazisində öldürülən “Avo” ləqəbli Monte Melkonyan başçılıq edib. Şahidlərin sözlərinə görə, Tuneldə baş verənlər bir qətliam, soyqırımıdır. “Şahidi olduğum bu erməni vəhşiliyini unutmaq mümkün deyil: insanları diri-diri odun-alovun içərisinə atırdılar, uşaqlara, qadınlara, yaşlılara olmazın işgəncələr verdilər. Hadisə baş verən yerdə 82 nəfər azərbaycanlı olub. Onların 50-dən çoxu diri-diri yandırılıb. 31 nəfər əsir götürülüb, tunelin yaxınlığında ermənilərin 28 il əvvəlki vəhşiliyinin izlərinin – o vaxt məhv edilən avtomaşınların qalıqlarının qaldığını görüblər. Qətliamın qurbanı olan insanların bəziləri hələ də itkin düşmüş sayılır” - qətliam şahidi yazıb. Bu ərazidə də kütləvi məzarlığın olduğu bildirilir.
Azərbaycanlıların kütləvi basdırıldığı məzarlığın aşkar olunduğu yerlərdən biri də Başlıbeldir. 1993-cü ilin aprelin əvvəllərində Kəlbəcərin ermənilər tərəfindən işğalından sonra 2 minə yaxın əhalisi olan rayonun Başlıbel kəndinin 73 sakini evlərini vaxtında tərk edə bilməmiş və düşməndən qorunmaq üçün dağlara çəkilərək kahalara sığınmışdılar. Onlar kahalarda cəmi 18 gün gizli yaşaya biliblər. Aprelin 18-də ermənilər sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçiblər. Nəticədə sakinlərdən 14 nəfər girov götürülüb, 18 nəfər qətlə yetirilib. Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara dəyişərək mühasirə həyatını davam etdirib. Onlar 113 gündən sonra - iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər. Başlıbelin bir qrup sakini AzTV əməkdaşları ilə birgə düz 28 ildən sonra azadlığa qovuşan həmin kəndə gəlib və orada yaşananları yenidən xatırlayıblar. Sağ qalanlar öldürülənləri gecə ilə yorğanlara bükərək gizli dəfn etmişdilər. Həmin məzarlıqda 28 ildən sonra dualar oxunub, vəfat edənlərə Allahdan rəhmət dilənilib.src="/storage/files/upload/b39e05bb55d728c8780eaf7fa25357ddb82c519f.jpg" style="width: 852px; height: 593.56px;" class="fr-fic fr-dib fr-fil">
Jurnalist Asəf Quliyev Publika.az-a bildirib ki, Qarabağ ərazisində kütləvi məzarlıqların sayı çoxdur: “Birinci Qarabağ müharibəsində ən böyük qətliam Xocalıda baş verib. Birmənalıdır ki, orada da kütləvi məzarlıqlar var. Hazırda həmin yer rus sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazidir. Əsgəran ətrafında da belə yerlər mövcuddur. Xocalıda qətlə yetirilənlərin bir hissəsi Əsgəran ərazisində də basdırılıb. Hətta Azərbaycan Milli Ordusunun ilk hərbi pilotu Vaqif Qurbanovun da basdırıldığı yer bu ərazidədir. Hazırda kütləvi məzarlıqların olduğu ehtimal olunan yerlərdən biri də Daşaltıdır. Çünki orada itkin düşən döyüşçülərin sayı çox olub. Hətta bəzi mənbələr müəyyən rəqəmlər desə də, dəqiq rəqəm bəlli deyil. Kəlbəcər ərazisində də belə ərazilər çoxdur. Çünki Kəlbəcərin işğalı zamanı döyüşçülərlə yanaşı, xeyli sayda dinc sakin öldürülərək kütləvi basdırılmışdı. Xocavənd rayonu ərazisində də belə məzarlıqlar var. Həmin ərazilərin müəyyən hissəsi sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazilərə düşür, orada da kütləvi məzarlıqlar mövcuddur. Ermənistanın bizə verəcəyi koordinatlar çox güman ki, işğaldan azad olunan ərazilərdəki bütün kütləvi məzarlıqlara aid olacaq”.
Jurnalist Edillidə mövcud olan əsir düşərgəsinə də diqqət çəkib. O bildirib ki, orada olan məzarlıqlar hələ də tapılmayıb: “Eyni zamanda Kəlbəcərdə Tuneldə də azərbaycanlılara qarşı qətliam törədilmişdi. Təkcə Tunel ərazisində yox, Kəlbəcərin bir çox hissəsində kütləvi məzarlıqların olduğu güman edilir. Çünki Kəlbəcər əhalisinin xeyli hissəsi itkin düşdü, onlardan məlumat almaq mümkün olmadı. Çox güman ki, onlar da kütləvi şəkildə qətlə yetirilib. Qazax istiqamətində Bağanis Ayrım və Əskipara kəndlərində də kütləvi məzarlıqlar mövcuddur. Ora hazırda işğal altındadır. Ağdam rayonu ərazisində bu cür kütləvi məzarlıqlar yoxdur. Ola bilər ki, 1 nəfər öldürülüb və haradasa basdırılıb”.
A.Quliyev qeyd edib ki, sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazilərdə də kütləvi məzarlıqların aşkarlanması mümkündür: “Hazırda azad olunmuş ərazilərdə ermənilərə imkan yaradılır ki, aşkarlanan erməni cəsədlərinin qalıqlarını gəlib götürsünlər. Laçın dəhlizi ərazisinə təkcə Laçının yox, eyni zamanda Şuşanın da kəndləri düşür. Orada da ola bilsin ki, kütləvi məzarlıqlar var. Həmin yerdə də kütləvi məzarlıqların aşkarlanması üçün Rusiya tərəfi ilə razılıqlar əldə etmək lazım olacaq. Ancaq görünən odur ki, son atılan addım Avropa İttifaqının təşəbbüsü ilə baş tutub. Hələlik sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazilərdəki axtarış işlərini Rusiya ilə razılaşdırmaq lazım gələcək. Rusiya bundan siyasi dividend qazanmaq üçün əlavə nələrsə təklif edə bilər. Ona görə güman edirəm ki, indiki mərhələdə sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazilərdə axtarış aparmaq aktual deyil. Avropa dediyinin üstündə dursa, sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazilərdə də axtarış aparmaq mümkün olar. Avropa İttifaqı humanitar məsələlərin araşdırılmasını və həll olunmasını təklif edir. Bu da heç bir siyasi rəng qatılmadan humanitar məsələ kimi həll oluna bilər”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə yardımı ilə hazırlanıb.src="/storage/files/upload/67faa6b635026eceeaa328448cdba36edcd2d919.jpg" style="width: 1042px; height: 660.163px;" class="fr-fic fr-dib fr-fil">
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region22 Noyabr 21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art22 Noyabr 21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya22 Noyabr 20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO