Tarix
Ağdabanda şəhid olan əfsanəvi döyüşçü: Çox sayda ermənini... - MARAQLI FAKTLAR - FOTO
Kəlbəcərin işğalından bir il öncə - 1992-ci il aprel ayının 8-də erməni silahlı birləşmələri tərəfindən törədilən Ağdaban faciəsi Ermənistanın Azərbaycana təcavüzünün ən qanlı səhifələrindən biridir. Erməni quldurlar tərəfindən törədilmiş qırğın nəticəsində Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb. Kəndin 800-ə yaxın dinc sakininə müxtəlif növ işgəncələr verilib, 70-ə yaxın şəxs isə amansızlıqla qətlə yetirilib. İşğalçılar yaşlı, qoca, qadın, uşaq demədən dünyada görülməmiş ən qəddar üsullarla dinc əhalini qətlə yetirərək soyqırımı aktı törətdilər.
Publika.az">Publika.az Kəlbəcərin müdafiəsi uğrunda qəhrəmanlıqla savaşan, böyük şücaət göstərən və Ağdaban qətliamı zamanı erməni işğalçılarına sarsıdıcı zərbələr vuraraq əhalinin bir hissəsini mühasirədən çıxaran, özü də həmin yerdə şəhid olan Mirzəyev Mahmud Əli oğlunun döyüş yolunu təqdim edir:
Arayış: Mirzəyev Mahmud Əli oğlu. 10 aprel 1936-cı ildə Ağdərə rayonunun İmarət Qərvənd kəndində anadan olub (Hazırkı Kəlbəcər rayonunun Kərəmli kəndi - red). Onu öz el-obasında Mamoy adıyla tanıyırdılar. Döyüş gedən günlərdə, illərdə isə bu ad sahibi haqqında əfsanələr gəzir, hətta bəzi əhvalatlar lətifə kimi söylənirdi. Mahmud Mirzəyev Qarabağda böyük bir ailənin başçısı, həm də baba idi. Amma hadisələrin başlandığı məlum 1988-ci ildən düşmənə qarşı aparılan mübarizənin daim önündə olub. 1992-ci il aprel ayının 8-də Ağdabanda - Aşıq Şəmşirin məzarının yanında şəhidlik zirvəsinə ucalıb.
Qeyd: Kəlbəcər rayonu Ağdaban kənd sakini, Aşıq Şəmşir Mədəniyyət ocağı İctimai Birliyinin sədri, “Qızıl qələm” mükafatı laurеatı Qəmbər Şəmşiroğlu “Küllərin dəfni” adlı hekayəsində Ağdaban qətliamında gördükləri haqqında yazıb: “Bu faciədən xəbər tutan bir qrup Kəlbəcər sakini yük maşınında Ağdaban və Çayqovuşan kəndlərinin harayına gəliblər. Qonşu Kərəmli kəndindən oraya gələn Mahmud Mirzəyev isə Dədə Şəmşirin məzarı yaxınlığında qətlə yetirilib”.
Yerli sakinlər arasında “O gecə” adıyla tanınan 1991-ci ilin iyununda erməni hücumunun qarşısının alınmasında Mahmud Mirzəyev misilsiz qəhrəmanlıqlar göstərib. Düşməni ov tüfəngləri ilə dəf edən yerli əhalinin bu cəsurluğu erməniləri vahiməyə salıb. 1991-ci ilin avqust ayında sovet hərbçilərinin guya ermənilər tərəfindən “əsir” alınmasından sonra düşmənin silahlanması başa çatıb. Ermənilər 17-24 sentyabr 1991-ci il tarixində Həsənriz, Seyidlər, Qozlu Körpü və Uşacıq kəndləri istiqamətindən kəndə hücum edib. Ağdərə kəndləri respublikanın gözləri qarşısında “ölüm-dirim” savaşı aparıb. Düşmən kəndləri “Alazan” və digər qurğulardan aramsız atəş altında saxlayırdı. Buna baxmayaraq, kənd əhalisi bu hücumun qabağını alıb.
1992-ci ilin yanvar ayında Mahmud Mirzəyevin rəhbərlik etdiyi kiçik bir dəstə Uşacıq kəndinə girərək 17 nəfər erməni quldurunu məhv edib. Məlumata görə, düşmən ona “Mixaylo” ləqəbi vermişdi və onun harada üzə çıxacağını qorxuyla gözləyirmişlər. Döyüş dostlarının dediyinə görə, Uşacığa girdiyi zaman ermənilər qaça-qaça Mahmud Mirzəyevin gəldiyini qışqırırlarmış.
O, doğma kəndi işğal olunsa da, Vətənin müdafiəsindən bir an belə çəkilmir. Ağdabana 8 aprel 1992-ci il hücumu zamanı oğulları ilə çiyin-çiyinə döyüşən qəhrəman döyüşçü ağır yaralansa da, silahı yerə qoymur. Ermənilərin başına pul qoyduğu və qarşısında tir-tir əsdiyi döyüşçü yaralandığını və gücdən düşdüyünü görüncə, silahdaşlarına çəkilsələr, onu güllələməyi xahiş edib. Dostları onu buraxmır və özləri ilə apara bilirlər.
Qəhrəman döyüşçü Mahmud Mirzəyev 9 aprel 1992-ci ildə Ağdaban faciəsində şəhidlik zirvəsinə yüksəlir. O, bir çox ağdabanlının mühasirədən çıxmasına yardım edir, ermənilərə divan tutur. Ancaq qeyri-bərabər döyüşdə mənfur düşmənin gülləsinə tuş gəlir, Dədə Şəmşirin məzarı yaxınlığında vurulur. Məzarı Kəlbəcərin Şəhidlər xiyabanındadır.
M.Mirzəyevin oğlu Mirzəyev Nüsrət Mahmud oğlu da Kəlbəcərin müdafiəsində iştirak edib və böyük qəhrəmanlıq göstərərək şəhid olub. 1972-ci ilin yanvar ayında anadan olan Nüsrət hələ 17 yaşından atası ilə birlikdə kəndin müdafiəsində iştirak edib. 1991-ci ilin 24 sentyabrında son gülləsinədək döyüşüb. Onun gəncliyi döyüşlərin içində keçib, atası kimi qorxmazlığı hər kəsi heyrətləndirirmiş. Nüsrət Mirzəyev də atası kimi doğma kəndi uğrunda şəhid olduğu günədək silahını yerə qoymadı. 1992-ci ilin yanvarında doğma Kərəmli kəndindən Ağdabandakı hərbi düşərgəyə gedərkən düşmənin qurduğu pusquya düşüblər. N.Mirzəyev yaralansa da, pusqudan qurtulub Ağdabana gələ bilir. Kəlbəcər rayon xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O da atası kimi öz doğum günü ərəfəsində şəhid olub.
Allah hər iki şəhidimizə rəhmət eləsin!
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region22 Noyabr 21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art22 Noyabr 21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya22 Noyabr 20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO