Tarix
Xruşşov istefa verəndən sonra niyə ağlayıb? – Bir olayın tarixçəsi
SSRİ-nin 70 illik tarixində baş verən mübhəm hadisələrdən biri də Stalindən sonra (1953-1964-cü illərdə) dövlətə rəhbərlik edən Nikita Xruşşovun istefaya məcbur edilməsidir.
Publika.az xəbər verir ki, sovet dövlətinin mövcud olduğu bu qədər uzun dövr ərzində ali rəhbərliyə daxil olan şəxslərdən cəmi iki nəfər istefa verib. Bunlardan biri Mixail Qorbaçovdur. Məlum olduğu kimi, Qorbaçov SSRİ-nin dağılması ilə istefa verərək vəzifəsini tərk edib. Digəri isə istefaya məcbur edilən Xruşşovdur. Qalan bütün rəhbər şəxslər hakimiyyətdə olarkən ölüm mələyinin gəlişi ilə vəzifədən və bu dünyadan köçüblər.
Xruşşovun istefası da onun istefaya məcbur edilməsi nöqteyi-nəzərindən maraq doğurur.
1964-cü ilin oktyabrın əvvəllərində Nikita Sergeyeviç Gürcüstanda, bir qədər də dəqiqləşdirsək, onun bir parçası olan Abxaziyanın Qaqra rayonunun Pitsunda kurort şəhərciyində məzuniyyətdə idi. Xruşşov Qara dəniz sahilində yerləşən, əlverişli iqlimə malik bu şəhərcikdə istirahətin dadını çıxarırdı. Oktyabrın 12-də Leonid Brejnev N.Xruşşovla əlaqə saxlayır və ondan Sov.İKP MK Rəyasət Heyətinin ertəsi gün başlayan iclasına gəlməyi xahiş edir.
Qəfil zəng Xruşşovun ovqatının təlx olmasına səbəb olur. O, iclasın gündəliyini öyrənmək istəsə də, buna nail ola bilmir. Yalnız təyyarədə olarkən iclasın özünün işdən çıxarılması ilə bağlı olduğu bildirilir. Oktyabrın 13-14-də keçirilən iclasda Xruşşov işdə yol verdiyi çoxsaylı səhvlərə, şəxsiyyətə pərəstiş yaratmasına, partiya üzvlərinə münasibətdə kobudluğa yol verməsinə və s. hallara görə güclü təndiqə məruz qalır.src="/storage/files/upload/08a51a6078ac5f383717f8033e303356f71b1d64.jpg" style="width: 497px; height: 448.957px;" class="fr-fic fr-dib">
Oktyabrın 14-də Xruşşov istefa məktubunu imzalamağa razılaşır. Elə həmin gün axşam saatlarında Sov.İKP MK-nın plenumu onu “səhhətinə görə” Sov.İKP MK-nın baş katibi vəzifəsindən azad edir və Mərkəzi Komitənin Rəyasət Heyətinin tərkibindən çıxarır. Ertəsi gün SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Xruşşov sovet hökumətinin başçısı vəzifəsindən azad edilir.
Beləliklə, partiyadaşları baş katibi məcburi istirahətə yola salırlar.
İstefaya məcbur edildikdən sonra Nikita Sergeyeviç praktiki olaraq Moskva vilayətində, Petrovo-Dalnıdan çıxmadan yaşayırdı. Bu, demək olar ki, sürgün idi: ona ancaq Kreml xəstəxanasına getməyə icazə verilirdi. Başqa yerə getməyə, hətta döyüş yoldaşları ilə görüşməyə də icazə verilmirdi. Keçmiş baş katib daha böyük siyasətə qayıda bilməzdi. Bəs o, başqa nə edə bilərdi?src="/storage/files/upload/ec44bae8288e51fbc1f81e30c1d775db56254606.jpg" style="width: 514px; height: 352.896px;" class="fr-fic fr-dib">
Yaşamaq çətindir
“Babam ağlayır”, - Xruşşovun nəvəsi məktəbdə müəllimlərin və direktorun bütün suallarına cavab olaraq onun haqqında elə bu cür də demişdi. Balaca Seryoja bir damcı da yalan danışmırdı. Nikita Sergeyeviç istefasından sonra ilk vaxtlar həqiqətən də saatlarla oturur, kürsüsünün qoltuqlarına söykənir və boşluğa baxırdı: belə anlarda onun gözlərindən yaş damcıları süzülürdü. Yaxşı icraçı, sutkanın 14-16 saatını işləməyə alışmış Xruşşov, işsiz qaldığına sadəcə, inana bilmirdi. O, özündə güc tapanda isə sürgündə belə tam xoşbəxtliklə dolu bir həyat yaşamağa başlayır.
Təsərrüfatla məşğul olmaq
Amma necə! Xruşşov asan olmayan bu işə tamamilə hamını bağlayır. Məsələn, onun mühafizəçisi xatırlayır:
“İşə başlayanda o deyirdi: “Gəlin, qarağat kolları əkək!” Biz onunla xiyar-pomidor yetişdirmək üçün istixana düzəltmişdik. O deyir: “Mixail, ilk pomidor qızaran kimi onu qoparıb sənə verəcəm”. Yaxşı, səhər tezdən o yuxudan oyandı, istixanada vəziyyətin nə yerdə olduğuna baxmağa getdi, sonra görürəm, yanıma gəlir, pomidoru mənə uzadır və deyir: “Mixail, sənə söz vermişdim, budur, ilk pomidor qızarıb, bu, əməyinə görə sənə çatır”.
Mühafizəçisi xatırlayır ki, ümumiyyətlə, Xruşşov verdiyi sözü tuturdu. O özü istixanalar düzəldir, nəhəng pomidorlar yetişdirməyi sevirdi.
Köpəyi gəzdirmək
Təəccüblüdür ki, alman cinsindən olan çoban iti Arbatla belə gəzintilərin birində Nikita Sergeyeviç özünə başqa bir “dost” tapmışdı – bu, özü ilə götürdüyü və özünün yedirtdiyi qarğa balası idi. Quş böyüyəndə tamam əhliləşir və hər yerdə sahibinin dalınca uçur.src="/storage/files/upload/90fa2376e6c9dd29c44524d3c0963448fd8c9aa3.jpg" style="width: 449px; height: 481.927px;" class="fr-fic fr-dib">
Qonaq qəbul etmək
Partiya üzvlərinə Xruşşova baş çəkmək qadağan edilmişdi, lakin qohumları dəfələrlə ona baş çəkirdilər, o cümlədən 1937-ci ildə marşal Tuxaçevsknin işi üzrə repressiyaya məruz qalan və güllələnən 1-ci dərəcəli komandarm İona Yakirin qohumları keçmiş baş katibi yoluxurdular. Bir dəfə isə onun yay evinə (daça) hətta Vısotski gəlir. Onların nə danışdığı məlum deyil, amma Vladimir Semyenoviçin mahnı oxumağa gəlmədiyi dəqiq idi.
Nikita Sergeyeviç “daça”da qonşuları ilə ünsiyyət saxlayırdı, onlara praktiki olaraq mühazirələr oxuyurdu. İnsanlar Xruşşovu dinləməyi, xüsusən onun Stalin və müharibə haqqında hekayətlərini çox sevirdilər.
Vəfatı
Xruşşov istefadan sonra – Sov.İKP-nin XXIII qurultayına qədər (mart-aprel 1966) formal olaraq Sov.İKP MK-nın üzvü olaraq qalır, lakin faktiki olaraq onun işində iştirakdan kənarlaşdırılır.
Onun diktafona diqtə etdiyi xatirələr Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Yuri Andropovun gizli köməkliyi ilə DTK-nın agenti Viktor Lui vasitəsilə Qərbə aparılır. Keçmiş baş katibin memuarları ingilis dilinə Stroub Tolbotun tərcüməsi ilə ABŞ-da 2 cilddə – müvafiq olaraq 1970 və 1974-cü illərdə nəşr olunur. 1970-ci ilin noyabrında Xruşşov partiya rəhbərliyinin tələbi ilə memuarlarının xaricdə nəşrini pisləyən bəyanat imzalayır.src="/storage/files/upload/27aa70a2636ec354d0631a20de214427412fc590.jpg" style="width: 582px; height: 345.32px;" class="fr-fic fr-dib">
Nikita Xruşşov 11 sentyabr 1971-ci ildə 78 yaşında ürək tutmasından vəfat edib. Novodeviçe qəbiristanlığında dəfn edilib.
Xruşşov istefa verəndən sonra ta Qorbaçovun “yenidənqurma”sına qədər onun adı heç yerdə çəkilmir (Lazar Kaqanoviç, Lavrenti Beriya və Georgi Malenkov kimi). Böyük Sovet Ensiklopediyasında Xruşşovun qısa təsviri belə verilirdi: “Onun fəaliyyətində subyektivizm və volyuntarizm elementləri var idi”. “Yenidənqurma” illərində Xruşşovun fəaliyyətinin müzakirəsi yenidən mümkün olur; yenidənqurmanın sələfi kimi “Xruşşov istiləşməsi”nın rolu vurğulanır, eyni zamanda, Xruşşovun repressiyalardakı roluna, eləcə də onun rəhbərliyinin mənfi cəhətlərinə diqqət yetirilir. Xruşşovun təqaüdə çıxanda yazdığı “Xatirələr” əsəri sovet jurnallarında dərc olunur.
Səxavət Həmid
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...