Tarix
Hitler müharibədə SSRİ-nin bu şəhərlərində olub – FAKTLAR
Bir çoxları düşünür ki, nasist Almaniyasının başçısı Adolf Hitler İkinci Dünya müharibəsi zamanı tək tənha Berlindəki reyxskanselyariyada və ya ömrünün son günlərini keçirdiyi və Yeva Braunla birgə intihar etdiyi məşhur “Fürerbunker”də oturaraq əmrləri oradan verib. Əslində isə Hitler tez-tez işğal edilmiş ərazilərə, o cümlədən, sovet şəhərlərinə baş çəkirdi.
Publika.az">Publika.az tarixdə baş verən maraqlı hadisələrə dair məqalələr silsiləsindən növbəti yazısında Hitlerin ələ keçirilmiş sovet şəhərlərinə səfərləri barədə bəhs ediləcək.
Əvvəlcə onu qeyd edək ki, Hitler SSRİ-nin 15 müttəfiq respublikasından Estoniya, Latviya, Litva, Belarus, Ukrayna və Rusiya ərazisində olub. Bu da təsadüfi deyil. Çünki Üçüncü Reyx SSRİ-nin adı çəkilən 5 respublikasını və Rusiya Sovet Federativ Sosialist Respublikasının 13 diyar və vilayətini işğal etməyə müvəffəq olmuşdu. Ümumilikdə işğala məruz qalan sovet ərazisinin sahəsi 19 noyabr 1942-ci ildə 1 milyon 795 min kvadrat kilometr (faiz etibarilə SSRİ ərazisinin 8,1 faizi) təşkil edirdi. Bu ərazilərdə müharibədən əvəl 79 milyon 972 min və ya ölkənin ümumi əhalisinin 41,9 faizi yaşayırdı.
Nasist Almaniyasının “Ost” planına görə, işğal olunmuş ərazilərdə reyxkomissarlıqların yaradılması nəzərdə tutulmuşdu. Yalnız Ostland (Baltikyanı ölkələr, Polşanın şimal-şərqi və Belarusun bir hissəsi) və Ukrayna reyxkomissarlığını yaratmaq mümkün oldu. Moskoviya, Don-Volqa, Qafqaz və Türküstan reyxkomissarlıqlarının yaradılması nəzərdə tutulsa da bunu həyata keçirmək mümkün olmadı. Yeri gəlmişkən, Azərbaycan , Ermənistan, Gürcüstan və Şimali Qafqazın böyük hissəsi paytaxtı Tiflis şəhəri olacaq Qafqaz reyxkomissarlığının (almanca Reichskommissariat Kaukasien) tərkibinə daxil edilməli idi.
Hələlik isə gəlin mövzudan uzaqlaşmayaq və Hitlerin səfər etdiyi SSRİ respublikalarının və şəhərlərinin hər birinə ayrıca diqqət yetirək.
Ukrayna
Hitler Ukraynaya kifayət qədər tez-tez səfər edirdi. Onun orada “Vervolf” (almanca “Werwolf”, tərcümədə canavar-insan mənasını verir. Alman xalq inancında zaman-zaman canavara çevrilib başqalarını təhdid edən şəxs vervolf adlanır) adlanan bunkeri var idi. Bu bunker bir mərtəbəsi istisna olmaqla, bütünlüklə yerin altında yerləşirdi. “Vervolf”da tammiqyaslı iş üçün hər bir şərait var idi. Bunker Ukraynanın Vinnitsa şəhərindən 8 kilometr şimalda, şəhər tipli Strijavka qəsəbəsinin yaxınlığında yerləşirdi. “Vervolf” 16 iyul 1942-ci ildən 15 mart 1944-cü ilədək fəaliyyət göstərib, sonra geri çəkilən alman qoşunları tərəfindən bunkerin girişləri partladılıb.
Hitler “Vervolf”u işğal olunmuş şəhərlərə baş çəkmək üçün tərk edirdi. Məsələn, o, tez-tez Xarkov, Jitomir, Mariupol və digər şəhərlərdə olurdu. Fürer səfərləri barədə əvvəlcədən heç kimə heç nə demirdi, konkret plan tərtib edilmirdi. İstədiyi an qəfildən gedirdi. Səfərdən heç kimin xəbər tutmaması və xəyanət olmaması üçün onun yaxın ətrafı bu cür hərəkət edirdi. Buna baxmayaraq belə səfələrin birində Hitler ölümün bir addımlığında olubmuş.
Hitler xidməti müşavirə üçün Zaporojyeyə gedəndə sovet tankçıları fürerin olduğu qərargahın lap yaxınlığında alman cəbhəsini yarıb keçirlər. Onlar Hitlerdən təxmiən beş kilometr aralıda idilər. Alman zirehli qatarı sovet hücumunu dayandırsa da Hitler bu hadisədən kifayət qədər qorxur.
Belarus
Almanlar Sovet İttifaqı ərazisinə soxulduqdan az sonra Hitler Belarusun Borisov şəhərində peyda olur və burada Üçüncü Reyxin generaliteti ilə Moskvaya hücumu müzakirə edir. Müşavirədən dərhal sonra Hitlıer bu şəhəri tərk edir.
Hitler, həmçinin nasistlərin SSRİ-yə hücumundan cəmi 6 gün sonra (iyunun 28-də) süqut edən Minskdə olub. Minskdən çox da uzaqda yerləşməyən aerodromda Hitlerin çoxlu fotoşəkilləri qorunub saxlanılıb.
Bundan əlavə Hitler Brestə səfər edib. O, xüsusilə Brest qalası ilə maraqlanırdı. Bir dəfə Brestə gələrək diqqətlə qalaya baxıb və onun uzun müddət necə dayana biləcəyi barədə düşünüb. Hitleri bu səfərdə İtaliya nasistlərinin lideri Benito Mussolini müşayiət edib.
Hitler sonuncu dəfə 1944-cü ildə Minskə səfər edərkən Belarusda olub. Lakin onun həmin il Minskə səfəri ilə bağlı heç bir sübut qorunmayıb. Bütün informasiyalar yerli sakinlərin danışıqlarından götürülüb.
Baltikyanı ölkələr
Müharibə başlayandan təxminən bir ay sonra Hitler yenə müşavirə üçün Latviyanın Malnav şəhərinə gəlir. Bu səfərlə bağlı tarixçilərin fikirləri fərqlidir: bəziləri müşavirənin bunkerdə, digərləri isə malikanələrin birində keçirildiyini iddia edir.
Rusiya
Hitler Rusiyada kifayət qədər az vaxt keçirib. Onun Rusiyaya səfərləri məhz bu ərazidə bir çox döyüşlərin getdiyi dövrdə baş tutub. Hitler cəmi iki dəfə – 1941 və 1943-cü illərdə Smolensk yaxınlığında yerləşən “Berenhalle” bunkerinə gəlib.
Məlumdur ki, Hitlerə qarşı çoxlu sui-qəsdlər təşkil edilib. Onların hamısı uğursuzluğa düçar olub. Belə sui-qəsdlərdən biri Hitlerin Smolenskə ikinci səfəri zamanı edilir. Həmin vaxt Fürerin təyyarəsinə partlayıcı qurğu yerləşdirilsə də, qurğu işə düşməyib.
Bəzi tarixçilər Hitlerin Rusiyaya praktiki olaraq çox səfər etməməsinin bir sıra səbəblərini göstərirlər. Həmin səbəbləri bu şəkildə qruplaşdırmaq olar:
1. Partizanlar. Hitlerin güclü müdafiəsinə baxmayaraq, sovet partizanları onu heç bir problem olmadan məhv edilə bilərdi.
2. Kəşfiyyatçılar. NKVD (Xalq Daxili İşlər Komissarlığı) Hitleri məhv etmək üçün eyni vaxtda bir neçə əməliyyat hazırlaya bilərdi. Hitler bunu başa düşür, ona görə də taleyini sınağa qoymamaq qərarına gəlmişdi.
3. Böyük ərazilər. Bir məntəqədən digərinə yetişmək üçün Hitlerə çox vaxt lazım idi, o isə sadəcə olaraq uzaq məsafələrə öyrəşməmişdi.
4. Öz generallarına inamsızlıq. Sui-qəsdin qurbanı olmamaq üçün Fürer öz planlarını nadir hallarda kiməsə danışırdı.
Bəziləri Hitlerin Pskov yaxınlığında olduğunu iddia edir, lakin bununla bağlı heç bir sübut yoxdur. “Berenhalle” bunkeri bu günə qədər dağıdılmamış qalıb, geri çəkilən almanlar onu məhv etməyiblər.
Bütövlükdə, Hitler Sovet İttifaqının şəhərlərinə mümkün qədər az səfər etməyə çalışırdı, çünki onu hər an məhv edə bilərdilər. 1944-cü ildə baş verən sui-qəsd cəhdindən sonra o, bunkerini tez-tez tərk etməyi dayandırıb.
Səxavət Həmid
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...