Bir ilə Moskvanı vurmaq mümkün olacaq – Generaldan ŞOK İDDİA
Bizi izləyin

MDB

Bir ilə Moskvanı vurmaq mümkün olacaq – Generaldan ŞOK İDDİA

“Ukrayna mənzili Moskva və Sankt-Peterburqa qədər çatan reketlər istehsal etməlidir. Düşünürəm ki, belə silahın birinci nümunələrini almaq üçün 1-2 il kifayətdir”.

Publika.az xəbər verir ki, bunu Ukrayna Silahlı qüvvələrinin Baş qərargahının sabiq rəis müavini, ehtiyatda olan general-leytenant İqor Romanenko “Obozrevatel” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, təcavüzkar nüvə ölkəsinin (Rusiya nəzərdə tutulur –red.) genişmiqyaslı müdaxiləsini dayandırmaq üçün ilk növbədə raket silahları lazımdır. “Qarpun” və “Qrom-2” kimi raketlərin hazırlandığını deyən general bunların uçuş məsafəsinin hələ kifayət etmədiyini söyləyib.

“Bu raketlərin uçuş məsafəsi bir neçə min kilometr olmalıdır ki, Rusiyanın Avropa hissəsini əhatə edə bilək. Moskvaya, Sankt-Peterburqa qədər. Bu, çox ciddi məsələdir. Əvvəlki müharibələrin, həmçinin İkinci Dünya müharibəsinin təcrübəsi də bunu göstərir. Berlinin bombalanmasına kimi almanlar özünü çox sərbəst aparırdılar. London yalnız alman aviasiyası ilə deyil, həmçinin “Fau” raketləri ilə bombardman edilirdi. Həmçinin, Xirosima və Naqasakinin nüvə bombardmanını xatırlayın. Belə anlar cəmiyyətə və birmənalı olaraq dövlətin rəhbərliyinə çox güclü təsir edir”, - o vurğulayıb.

General hesab edir ki, Budapeşt memorandumundan çıxış və nüvə statusunun bərpası üçün Ukraynada bütün əsaslar var.

Rusiyanın Ukraynaya genişmiqyaslı hücum ehtimalına gəlincə, İqor Romanenko hesab edir ki, Kremldə bu barədə qəti qərar verilməyib. Amma general bunun üçün Rusiyada potensial olduğunu, belə əməliyyata hazırlıq üçün bir aydan çox vaxt lazım olmayacağını vurğulayıb.

“Dünya çempionatının sonuna kimi belə bir hücumu düşünmürəm. Gərginləşmə yalnız taktik səviyyədə ola bilər. Genişmiqyaslı hücum üçün Rusiyada potensial var. Bizə qarşı genişmiqyaslı müharibəyə başlamaq üçün onlara 240 minlik hərbi qruplaşma lazım olacaq. Onlar hər il öz qoşunlarına məşq keçirlər. Onlar Krımda, Kalininqrad vilayətində, Belarusda qruplaşma yaratdılar. Amma Rusiya Baş qərargahının qiymətləndirmələrinə görə, bu qruplaşmaları lazımlı silahlarla komplektləşdirmək üçün daha 2-3 il lazım olacaq. Hərçənd, düşünürəm ki, qarşıya genişmiqyaslı müharibə hədəfi qoyularsa, onda onlar bir ay ərzində hazırlaşa bilərlər”, - Pomanenko yekunlaşdırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm