MDB
Ukrayna və Gürcüstan NATO-ya girərsə, Rusiya... - PLAN AÇIQLANDI
Ukrayna və Gürcüstanın NATO-ya girişi Rusiyanı qorunmağa məcbur edəcək.
Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda “Valday” diskussiya klubunun müzakirələrində Rusiyanın Xarici İşlər Nazirliyinin Ümumavropa əməkdaşlığı departamentinin direktoru Andrey Kelin bildirib.
“Bu, bizim üçün nəhəng hərbi və iqtisadi problem olacaq. Biz indiki üçüncü paytaxtımız – Soçiyə yaxın müdafiə kəmərini tikmək məcburiyyətində olacağıq”, - o deyib.
Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, Moskva ehtimal edilən rəqibin mümkün hərəkətlərinin qarşısını almaq üçün nəhəng resursları xərcləməli olacaq. O əlavə edib ki, belə ssenari zamanı Rusiya həmçinin Ukrayna ilə sərhəddə müdafiə eşelonlarını tikməyə məcbur olacaq.
Eyni zamanda? Kelinin fikrincə, çətin ki, Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyü yaxın vaxtlarda baş tutacaq.
Sentyabrda Gürcüstanın baş naziri Mamuka Baxtadze bildirib ki, ölkəsinin NATO-ya girişi Rusiya üçün faydalı olacaq. Onun sözlərinə görə, bu addım Qafqazda sabitliyi möhkəmləndirəcək.
İyulun 12-də NATO-nun baş katibi Yens Stoltenberq Gürcüstanın hərbi alyansın tərkibinə daxil olacağını söyləyib.
2017-ci ilin iyununda Kiyev hərbi bloka girişi xarici siyasətin prioriteti adlandırıb. Bu ilin avqustunda isə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton ittifaqa üzvlük üçün Ukraynanın hələ çox şey etməli olduğunu vurğulayıb.
Ömər
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”
-
İdman06:46“Real”la İnfantino arasında gizli anlaşma
-
Qoroskop01:40Günün ulduz falı: Həyatınızda yeni bir səhifə açmaq üçün ideal fürsət yaranacaq




























.webp)








