MDB
Rusiya ABŞ-la yarışdan GERİ ÇƏKİLDİ: Buna hazırlaşmırıq
Rusiya ABŞ-la hərbi büdcələrin yarışına qarışmayacaq.
Publika.az xəbər verir ki, bu haqda TASS agentliyinə müsahibəsində Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik üzrə komitəsinin sədri Viktor Bondaryev deyib.
Onun sözlərinə görə, Rusiya ordusunun indiki maliyyələşməsi istənilən təhlükənin qarşısını almağa imkan verəcək.
“Amerikalılar öz hərbi büdcəsini artıranda, çoxları bizdən simmetrik gediş gözləyirdilər. Rusiya hakimiyyəti iqtisadiyyatı və sənayeni hərbiləşdirməyə hazırlaşmır. Amma Silahlı Qüvvələri planlı inkişaf etdiririk, ordunu, donanmanı və müdafiə-sənaye kompleksini təchiz edirik”, - Bondaryev deyib.
Parlament üzvü əmin edib ki, müdafiə xərclərin tərtib edilməsi zamanı Qərb sanksiyalarının sərtləşdirilməsi riski nəzərə alınırdı.
“Sanksiyalar demək olar ki, vərdiş olub. Biz onlara qarşı immunitet hazırladıq, artıq iqtisadiyyatımızı bu yeni rejimə uyğunlaşdırdıq”, - Bondaryev təsdiq edib.
Ömər
-
MDB11:44Ukraynada hərəkat başladı: Zelenski vəzifəsindən kənarlaşdırılmalıdır
-
Sosial11:34Prezident Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşdü - FOTO
-
Dünya10:26Məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir - Ceyran Mahmudova
-
Sosial09:32Süni intellekt hamını işsiz qoyacaq? - Dünya Bankının rəhbəri deyir ki...
-
Hadisə07:55Masazırda motosiklet qəzasında ölən iki dostun fotosu
-
Qoroskop01:20Günün ulduz falı: saf davranışlarınız bəzi problemlərə yol aça bilər
-
Magazin111 Oktyabr 22:48Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - Video
-
Art11 Oktyabr 20:46“Bu mahnılar artıq Azərbaycana məxsus deyil” – Rəşid Behbudovun kürəkəni































