Rusiyadan bütün dünyanı təşvişdə saxlayan HƏRBİ HƏMLƏLƏR - Xəzər dənizi donanması... - - FOTOLAR
Bizi izləyin

MDB

Rusiyadan bütün dünyanı təşvişdə saxlayan HƏRBİ HƏMLƏLƏR - Xəzər dənizi donanması... - - FOTOLAR

Rusiya 2019-cu ildə hərbi qüvvələrini ən müasir və nadir silahlarla təchiz etməyi planlaşdırır.

Publika.az xəbər verir ki, dövlət sifarişi çərçivəsində 2019-cu ildə ordu və donanmaya böyük miqdarda hərbi təchizat və silah verilməsi planlaşdırılır. Yeni modernizə edilmiş gəmilər, sualtı gəmilər, tanklar və raketlər bu planın bir hissəsidir. Federal büdcə layihəsinə görə, bu il müdafiə, təhlükəsizlik qüvvələri üçün xərclənən məbləğin miqdarı 1,3 trilyon rublu keçəcək.

Dəniz qüvvələri

Dəniz Qüvvələrinin komandiri, admiral Vladimir Korolyevə görə, bu il Dəniz Qüvvələri üçün təxminən, 30 gəmi və müxtəlif siniflərdən olan dəstək gəmiləri istehsal olunacaq. Xüsusilə, il ərzində sınaqlarda iştirak edəcək seriyalı döyüş gəmiləri “22350 Admiral Kasatonov" şimal donanmasına qatılacaq. Bu gəmilər Rusiyanın şimal və Sakit okean sərhədlərini qoruyacaq. Hər biri 4,5 min ton suitələyici qüvvəyə sahib olan bu gəmilər 130 mm-lik A-192 Armat top kompleksi, Oniks və ya Kalibr NKE gəmi raketləri və Polimer-Redut havadan müdafiə raketləri ilə təchiz edilib. Gəmilər SSRİ-nin çöküşündən sonra Rusiyada istehsal edilən ən böyük suüstü gəmilərdir. Yerli gəmiçiliyin bütün uğurları və təcrübələri bu gəmilərdə birləşdrilib və tətbiq edilib.

Sualtı gəmilərə gəlincə, “Borey-A” layihəsinin strateji sualtı raket gəmisi “Knyaz Vladimir” və “Yasen-M” layihəsi çərçivəsində istehsal edilən nüvə silahlı sualtı “Kazan” da bu il fəaliyyətə başlayacaq. Bundan başqa, Şimal donanması üçün 636.3 seriyalı dizel-elektrikli sualtı gəmilərin inşası davam edəcək.

2019-cu ildə Qara dəniz donanmasına iki ədəd “Kalibr” raket gəmisi göndəriləcək. Bu, Qara dənizə göndərilən ilk “Kalibr”lər deyil. Hücum gəmiləri olan "Orehovo-Zuyevo" ve "Mıtişiy" və “Admiral” seriyasından olan "Essen", "Makarov" ve "Qriqoroviç" sürətli və yüngül döyüş gəmiləri bir neçə ildir ki, qara dənizdə fəaliyyət göstərir.

İnşası tamamlanan və heyəti yerləşdirilən “Qromyaşiy” kiçik döyüş gəmiləri Sakit Okean donanmasına qatılacaq.

1993-cü ildən bəri fəaliyyət göstərən “Neustraşimiy” kəşfiyyat gəmisi bərpası bitdikdən sonra Baltik donanmasına geri qayıdacaq. 22800 layihəsinə aid kiçik raketdaşıyan gəmilərin istehsalı isə davam edir. Bir neçə il içində bu gəmilərdən 6-sı Baltik donanmasına daxil ediləcək. Xəzər donanması 2019-cu ildə Astraxan və Kaspsikə köçürüləcək. Raket kompleksi və 1500 nəfərdən ibarət dəniz alayı qüvvətləndiriləcək. Buna əlavə olaraq, 2 ədəd “Be-200” təyyarəsi və 3 ədəd “Mi-14PSM” helikopterindən ibarət bir hava qrupu Xəzər donanmasına qatılacaq.

Dəniz piyadaları

Əlavə olaraq, iki raket qayığı və iki kiçik amfibik hücum gəmisinin də bu donanmaya göndərilməsi gözlənilir. Dəniz piyadaları da paylarına düşəni alacaq. 1171 nömərli layihənin təkmilləşdirilmiş versiyası olan böyük “Pyoter Morqunov” gəmisi öz fəaliyyətinə başlamağı gözləyir. Yeni gəmi 300 dənizçi, 30-dan çox zirehli heyət maşını və 13 tank daşıya bilir. Fevral-mart ayında bu gəminin sınaqlarına başlanılacaq.

Strateji Raket Qüvvələri üçün builki ən əhəmiyyətli hadisə yeni “Avanqard” raket sisteminin fəaliyyətinə başlaması olacaq. Komandir Sergey Qaraqayevin sözlərinə görə, yeni silahı ilk olaraq Orenburq bölgəsindəki Dombarovski birliyinin alaylarından biri alacaq.

“SARMAT” BALLİSTİK RAKETLƏRİ

Strateji Raket Qüvvələrinin müasir Yars raket sistemləri və mobil versiyaları ilə təchizi davam edəcək. "Voyevod"ların yerinəm keçəcək qitələrarası "Sarmat" ballistik raketləri 2020-ci ildə istifadəyə veriləcək. 2019-cu ildə isə Plesetsk hərbi bazasında uçuş testləri başladılacaq. Bu kompleksin istehsalçısı olan "Krasmaş" isə sifariş sayının çoxluğuna görə 3 növbəli iş sisteminə keçəcək. Pilotlar bu il beşinci nəsil “Su-57” qırıcı təyyarələrinə qovuşacaq. Bu təyyarələrdən ilk 12 ədədi orduya veriləcək. Ayrıca müxtəlifməqsədli 4-cü nəsil yüngül “MiG-35” təyyarələrinin test uçuşları bu il tamamlanacaq. İstehsalçılar ildə 36 ədəd bu təyyarədən inşa etməyi planlaşdırır. Bu təyyarələrin gəmi versiyalarının istehsalı da düşünülür. Bu il təyyarə planları arasında daxilində təkmilləşdirilmiş radar stansiyası olan “A-100 Premyer” modeli təyyarəsinin seriyalı modeli üçün razılaşma əldə edilməsi gözlənilir.

Hava qüvvələrinə 25 ədəd “Ka-52” Alliqator sürətli və yüksək manevr qabiliyyətinə sahib raket və tüfəng kombinasiyalı helikopter veriləcək. “Mi-28” helikopterləri isə lazer raket sistemi ilə təchiz ediləcək. Bu helikopterlər üçün yeni “VK-2500P” motoru istehsal edilib.

Hava qüvvələri üçün “Voronej” radar şəbəkəsinin qurulması tamamlanacaq

Rusiya Hava Qüvvələrinin havadan müdafiə və raket sistemləri ilə gözlə görüləcək şəkildə gücləndiriləcək. 2019-cu ildə “Voronej” radar sisteminin yer səviyyəsindəki raket hücumu xəbərdarlıq sisteminin qurulması tamamlanacaq. Bu növ radarlar hazırda Leninqrad, Kalininqrad, İrkutsk və Krasnodar bölgələrində işləyir. Bir müddət öncə Orenburq, Krasnyarsk və Altay bölgələrində qurulan radar stansiyalarının sınaq çalışmaları da tamamlanıb. Müdafiə Nazirliyi Murmansk, Kronştadt və Sevastopol üçün 20 ədəd su üzərindəki durumu izləyən sabit sahil radarı “Bussol-S” də alacaq.

Quru qüvvələri təkmilləşdirilmiş “T-72B3” tanklarını almağa davam edəcək. İlin ilk yarısında 30 ədəd Orenburq bölgəsində yerləşdirilən tuqaya veriləcək. “Ordu-2018” forumunda imzalanan razılaşma çərçivəsində 132 ədəd T-14 və “BMP T-15” tankının orduya təslim edilməsi planlaşdırılır.

"TERMİNATOR"LAR İLK DƏFƏ SINAĞA CƏLB EDİLƏCƏK

Çelyabinsk bölgəsində aparılacaq təlimlərdə ilk dəfə “Terminator” adlanan tank dəstək maşınları test ediləcək. Radiyasiya, kimyəvi və bioloji hücumlardan qoruma birlikləri, ağır termik sistem “TOS-1A Buratino” ilə təkmilləşdiriləcək və bu il təxminən, iki min sursat alınacaq.

Müdafiə Sənayesi Kompleksi topçulara bu il seriyalı istehsalına başlanacaq ən yeni top kompleksi - “Nabrosok”ları təhvil verəcək. Toplar bahalı deyil və istehsalı çətin olmur. İstifadəsi asan və elliptik orbitdə hərəkət edən güclü mərmiləri sığınacaqlardakı hədəfləri belə vura bilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm