MDB
DİN erməni xuliqana müraciət etdi
Cari ilin 1 yanvar tarixində Yeni il gecəsi Qazaxıstan Respublikasının Karaqanda şəhərindəki ermənilərə məxsus olan “Drevniy Rim” restoranında xuliqan hərəkətləri və23 yaşlı kişinin qətlində şübhəli bilinən səkkiz nəfər saxlanılıb və həbs edilib.
Publika.az xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyinin daxili və xarici kommunikasiyalar departamentinin direktoru Almas Sadubayeva istinadən “Tengrinews.kz” saytı bildirib.
Şübhəlilərdən biri, erməni milliyyətindən olan Narek Qururyan haqqında isə axtarış elan edilib. Polis qrupu axtarış işi çərçivəsində onun gizləndiyi ehtimal edilən ünvanlarda axtarışa başlayıb.
“Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi obyektiv, hərtərəfli araşdırmanı zəmanət verir və Qururyana polis əməkdaşlarına könüllü təslim olmağı məsləhət görür. Araşdırmanın gedişatı Daxili İşlər Nazirliyinin xüsusi nəzarətinə götürülüb”, - o əlavə edib.
Qeyd edək ki, sosial şəbəkələrdə şübhəlinin videomüraciəti çıxıb. Axtarışa verilmiş Narek Qururyan isə yanvarın 7-də sosial şəbəkələrdə videomüraciət yayaraq davada iştirak etsə də heç kimi qətlə yetirmədiyini və lakin öz hərəkətinə görə cavab verməyə hazır olduğunu bildirib.
Xatırladaq ki, 2019-cu il yanvarın 1-də gecə saatlarında Qazaxıstanın Karaqanda şəhərində “Drevniy Rim” restoranında restoranında ermənilər qazaxlara qarşı təhqiramiz münasibət fonunda başlayan davada 23 yaşlı gənci öldürüblər.
Ömər
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































