MDB
Rusiyalı senator iclas zalında həbs edildi: iki nəfərin qətli və... - ŞOK İTTİHAMLAR (FOTO)
Rusiya Federasiya Şurasının Qaraçay-Çərkəz Respublikasından olan üzvü Rauf Araşukov iclas zalında saxlanılıb.
Publika.az xəbər verir ki, bu haqda mənbəyə istinadən TASS agentliyi bildirib.
“Onu zalda saxladılar və çıxardılar”, - agentliyin həmsöhbəti deyib.
Qeyd edilir ki, Araşukov saxlanılmazdan əvvəl Federasiya Şurasının plenar iclası qapalı rejimə keçirilib və Federal Mühafizə Xidmətinin əməkdaşları zala girişi bağlamışdılar.
“RİA-Novosti” agentliyinə isə mənbə bildirib ki, tutulmanın səbəbi saxta sənədlər ola bilər. Sonradan mənbə əlavə edib ki, senatora bir neçə maddə, həmçinin cinayətkar qruplaşmanın təşkili, iki nəfərin qətli və daha bir nəfərin sağlamlığına ağır zərərin vurulması üzrə ittihamlar irəli sürülüb.
Mənbə izah edib ki, senatorun iclas zalında təcili saxlanılmasının səbəbi onun gizlənə biləcəyinə dair şübhələr olub.
-
İdman22:04Ronaldo bir aylıq diskvalifikasiya edildi və cərimələndi
-
Sosial21:51Azərbaycanda kimlər pensiyaya 5, 15, hətta 20 il tez çıxa bilər?
-
Avropa20:48Fransada etirazlara qarşı sərt tədbir: Küçəyə çıxmaq qadağan edildi
-
Kriminal18:30Daha 7 nəfər beynəlxalq axtarışa verildi - Adlar
-
Qoroskop15:162027-ci ildə hansı bürclərin bəxti gətirəcək? - Sevgidə və karyerada böyük dəyişikliklər
-
MDB14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?
-
Rəsmi xronika14:23Prezident bir qrup energetiki təltif etdi
-
Sosial13:32Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
































