MDB
5 dəqiqə ərzində hər şey bitəcək: nüvə silahı ilə… - Rusiyadan ŞOK SSENARİ
Sahildən 500 kilometr aralıda olan Rusiya gəmilərindən buraxılan “Sirkon” hipersonik qanadlı raketləri 5 dəqiqə ərzində hədəfləri vura biləcək.
Publika.az “lenta.ru” saytına istinadən xəbər verir ki, bu haqda istefada olan kontr-admiral, texniki elmlər namizədi Vsevolod Xmırov bildirib.
Hərbçinin qiymətləndirməsinə görə, ABŞ Avropadakı raket sistemlərindən Rusiya istiqamətində raketlər buraxacağı halda, Atlantik okeanın qərbində və Sakit okeanın şərqində yerləşən Rusiya gəmilərindən işə salınacaq təxminən 40 “Sirkon”la ABŞ ordusunun komanda mərkəzləri vurulacaq. Kontr-admiral qeyd edib ki, raket əleyhinə müdafiə sistemləri bu vaxt ərzində raketləri aşkar etsə də, onu yaxalaya bilməyəcək.
Hərbi Hava Qüvvələrinin keçmiş baş komandanı Viktor Bondaryev “Sirkon”un imkanlarını şərh edərək bildirib ki, rəqibə itki vermək baxımından, silahın imkanlarını nüvə silahı ilə müqayisə etmək mümkündür, amma ekologiyaya və dinc sakinlərə zərər vermir, bütöv şəhərləri, ölkələri və xalqları öz dağıdıcı təsirinin orbitinə cəlb etmədən müəyyən edilmiş hədəfləri məhv edir.
“Milli müdafiə” jurnalının redaktoru Aleksandr Mosqovoyun fikrincə, trayektoriyanın sabitliyi “Sirkon”un üstünlüyüdür. Ekspert bildirib ki, raket bu üstünlüyü sayəsində rəqib tərəfindən yaxalanmayacaq.
"Sirkon" 3M22 hipersəsli qanadlı raketi "Taktiki raket silahı" korporasiyası tərəfindən 2011-ci ildə hazırlanıb, 2016-cı ilin fevralında isə sınaqdan keçirilib. Silahı hərəkət edən və hazırda tikilən suüstü və sualtı gəmilər alacaq. Bəzi məlumatlara görə, "Sirkon" raketlərini "Kalibr" və "Oniks" raketləri kimi universal işəsalma ( 3S14) qurğularının köməyilə buraxmaq olar.
Ömər
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB1 Noyabr 17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib


































.jpg)

.jpg)