MDB
Kremlin adamı məhv ediləcək nöqtələri göstərdi: prezident qərargahı və... - VİDEO
“Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin baş direktoru, “VestiNedeli” proqramının aparıcısı Dmitry Kiselyov Rusiyanın “Sirkon” raketinin Amerikanın böyük şəhərlərinə çatma vaxtını hesablayıb.
Publika.az xəbər verir ki, Kremlə yaxınlığı ilə seçilən Dmitri Kiselyovun sözlərinə görə, Rusiya gəmilərini Amerika sahillərindən 400 kilometr uzaqlıqda yerləşdirmək olar.
“Qərarların qəbul olunması mərkəzləri, həmçinin belə uzaq deyil. Deyək ki, 400 kilometr, maksimum 800 kilometr”, - o qeyd edib.
Aparıcı sonra dəqiqləşdirib ki, “Sirkon” raketi saatda 11 min kilometr sürətlə uçur. Kiselyov hesablamalar apararaq belə nəticə çıxardıb ki, Rusiya hərbçiləri beş dəqiqə ərzində operativ zərbə vura biləcəklər. O, Rusiya raketlərinin hədəfləri arasında Vaşinqton şəhərinin yaxınlığında, Virciniya ştatının ərazisində yerləşən Pentaqon binası və prezidentin Vaşinqton yaxınlığındakı Kemp-Deviddə yerləşən qərargahını da göstərib.
“Bu, üçüncü sinif məktəblisi üçün məsələdir”, - o yekunlaşdırıb.
Ömər
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov
-
MDB11:44Ukraynada hərəkat başladı: Zelenski vəzifəsindən kənarlaşdırılmalıdır
-
Sosial11:34Prezident Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşdü - FOTO
-
Dünya10:26Məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir - Ceyran Mahmudova
-
Sosial09:32Süni intellekt hamını işsiz qoyacaq? - Dünya Bankının rəhbəri deyir ki...
-
Hadisə07:55Masazırda motosiklet qəzasında ölən iki dostun fotosu
-
Qoroskop01:20Günün ulduz falı: saf davranışlarınız bəzi problemlərə yol aça bilər


































