MDB
İşğal olunmuş ərazilərdə koronavirus fəlakəti - Rəqəmlər gizlədilir
Ukraynanın şərqindəki mübahisəli Donbas bölgəsində yeni tip koronavirus faciəsi yaşana bilər.
Publika.az “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu haqda Beynəlxalq Qırmızı Xaç Komitəsi Ukrayna heyətinin mətbuat katibi Aleksandr Vlasenko danışıb.
Onun sözlərinə görə, Donbasa təmiz su tədarükündə problemlər var: “Komitə Donbasdakı döyüşlərdən dolayı su tədarükü infrastrukturunun zərər görə biləcəyindən və vətəndaşların koronavirus epidemiyasının qarşısını almaq üçün lazımi gigiyenik qaydalara riayət etməkdə çətinlik çəkəcəyindən narahatdır. Əgər içməli su olmasa, bu, həqiqətən də fəlakətə yol aça bilər. Boru xətlərində, filtr və ya nasos stansiyalarında ən yüngül zədə belə suyun kəsilməsinə yol açar. Gələcəkdə bunun nəticəsinin nə olacağını ehtimal etmək belə dəhşətlidir”.
Qırmızı Xaçın Donetsk bölgəsindəki fövqəladə vəziyyət xidmətinə 4 min litr sodium hidroksid və dezinfeksiya məqsədli 28 püskürtmə cihazı göndərdiyini söyləyən Vlasenko rəsmi Kiyevin nəzarətində olan və olmayan bölgələrdəki Donbas xalqına qida və gigiyenik kitlərin paylandığını açıqlayıb.
Son rəqəmlərə görə, Donbas bölgəsində Ukraynadan müstəqilliyini təktərəfli elan edən Donetsk Xalq Respublikasında 2, Luqanskda 1 koronavirus daşıyıcısı var. Ölkədə ümumilikdə 794 yoluxma qeydə alınıb, 20 nəfər ölüb.
Rəsmi Kiyev hər iki respublikanı epidemiyanın real rəqəmlərini gizləməkdə ittiham edir.
Zümrüd
-
ABŞ02:4411 sentyabr terror aktının pərdəarxası: MKİ 71 məxfi sənədi yayımladı
-
Qoroskop01:40Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
ABŞ00:27ABŞ qüvvələri hərəkətə keçdi - Gecə əməliyyatına hazırlıq gedir
-
Elm və təhsil11 Sentyabr 21:51Azərbaycanda universitetlər 3 illik olacaq? - Açıqlama
-
Hadisə11 Sentyabr 19:20Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar
-
Rəsmi xronika11 Sentyabr 17:25Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
-
ABŞ11 Sentyabr 15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial11 Sentyabr 14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI












.jpg)






.jpg)








.jpg)









