MDB
Rusiya Aİ-ni koronavirusla məhv etmək istəyir? - Lavrov fakt TƏLƏB EDİR
Rusiya Avropa İttifaqını COVID-19 ilə məhv etmək istəməkdə ittiham edilib.
Publika.az xəbər verir ki, bu barədə "Bild am Sonntag" nəşrinə açıqlamasında Avropa Komissiyasının rəsmi nümayəndəsi Piter Stano danışıb.
O bildirib ki, Rusiya rəhbərliyinə və dövlət mediasına yaxın mənbələr Aİ ölkələrində "sui-qəsd nəzəriyyələri" və koronavirus haqqında yanlış məlumat yayırlar.
"Bu isə xalqın sağlamlığına əhəmiyyətli təsir göstərə bilər. Yanlış məlumatlar yerli hakimiyyət orqanlarına inamı sarsıtmağa yönəlib, həmçinin Aİ və üzv dövlətlərin böhranı aradan qaldırmaq səlahiyyəti və qabiliyyətini şübhə altına almaq xarakteri daşıyır.
Rusiya Xarici İşlər naziri Sergey Lavrov ölkəsinə qarşı irəli sürülən ittihamlara cavab verib. O qeyd edib ki, Avropa İttifaqı Rusiya tərəfindən pandemiya ilə əlaqədar yanlış məlumatın yayılmasına dair fakt təqdim etməlidir.
Aytən Novruz
-
ABŞ17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto
-
İnanc16:20Xərçəngdən əməliyyat olunan Papa dua oxuyacaq
-
Avropa15:38Maskalılar məşhur telekanalın binasına hücum etdilər
-
İdman14:55Ona "Rus Taysonı" deyirdilər - 40 yaşında öldü
-
İdman14:30Ermənilərin əsas ümidi idi - Ağır əməliyyat olundu
-
Region13:00İrəvana gələn Rusiya vətəndaşı müəmmalı şəkildə yoxa çıxdı
-
Ekologiya12:41Sabahın hava proqnozu açıqlandı
-
Hadisə12:21Eks-icra başçısı və xanımı məhkəmədə ifadə verdilər





































