Maskalılar məşhur telekanalın binasına hücum etdilər
Bizi izləyin

Avropa

Maskalılar məşhur telekanalın binasına hücum etdilər

Maskalılar məşhur telekanalın binasına hücum etdilər

Fransanın aparıcı telekanallarından olan CNews-un Parisdəki qərargahına hücum olub.

Publika.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb. Nəşr hüquq-mühafizə orqanlarına istinad edib. Qeyd edilib ki, hücum edənlər maskalı olublar.

Məlumatda bildirilir ki, yerli vaxtla saat 7:00-da binanın yaxınlığında təxminən 100 nəfər toplaşıb. Onlar binanın qarşısındakı avtomobil dayanacağına girişi bağlayaraq ora müxtəlif əşyalar atmağa başlayıblar.

Jurnalistlər vurğulayıblar ki, nümayişçilər pəncərələri də sındırıblar. Polis hadisə yerinə gəlib və qərargaha hücum edənlərdən 21-ni saxlayıb.

BFMTV-nin məlumatına görə, hücuma məruz qalan binada başqa bir media orqanı olan "Europe 1" radiostansiyasının da ofisləri yerləşir.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm