MDB
Rusiyada GÜCLÜ PARTLAYIŞ - Yaralılar var
Rusiyanın Tümen əyalətinin Leninski rayonunda beşmərtəbəli yaşayış binasında partlayış baş verib. Partlayışa səbəb qaz sızması olub.
Publika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə regional Səhiyyə İdarəsi məlumat yayıb.
Məlumata görə, partlayış binanın 2-ci mərtəbəsində olub. Hadisə nəticəsində 2 nəfər yaralanıb, 2 mənzil yararsız hala düşüb və 2 qonşu balkon uçub.
Yaralılar termik yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Tümen regional şöbəsindən verilən məlumata görə, binada olan 75 nəfər təxliyə olunub. Sakinlərin müvəqqəti olaraq oteldə yerləşdiriləcəyi bildirilir.
Hadisə yerində FHN-in altı ədəd texnikası və 14 əməkdaşı işləyir. Binanın daşıyıcı konstruksiyaları zədələnməyib.
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq














.png)




















