MDB
20-dən çox azərbaycanlı Ukraynada deputatlığa namizd oldu
Ukraynada yaşayan soydaşlarımız oktyabrın 25-də bu ölkədə keçiriləcək yerli hakimiyyət orqanlarına seçkilərdə namizədliklərini irəli sürüblər.
İlk dəfədir azərbaycanlılar çox sayda şəhər və vilayət şuralarında deputatlığa namizədliklərini veriblər. Belə ki, Kiyev, Odessa, Dnepropetrovsk, Nikolayev, Poltava, Vinnitsa, Sumı, Çerniqov, Herson vilayətlərindən 20-dən çox azərbaycanlı seçkilərdə iştirak edir. Onlar seçki kampaniyası dövründə fəal təbliğat-təşviqat işləri ilə məşğul olublar.
Qeyd edək ki, seçkilərdə oktyabrın 24-də “sükut günü” elan edilib. Ukrayna polisi sentyabrın 5-dən başlayan seçki prosesi dövründən bu günə qədər seçki qanunvericiliyinin pozulmasına görə 622 cinayət işi açıb. Ümumilikdə isə seçki qanunvericiliyinin pozulması hallarına görə 7877 müraciət araşdırılıb.(AzərTAc)
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO




































